Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Yeni Qala qəsəbəsində baş verib. 37 yaşlı Ehtiram Cavadov aralarında yaranan mübahisə zamanı 29 yaşlı Fərrux Babayevi bıçaqlayıb. Nəticədə sonuncu xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.