top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 10.10-16.10.22
09 oktyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 10.10-16.10.22

QOÇ (21 mart - 20 aprel)

Çərşənbə axşamından uğurlu günləriniz başlayacaq və birdən-birə karyeranız üçün yeni perspektivlər yaranacaq. Çərşənbə günü dostlarınızla kiçik münaqişə yaşana bilər: diliniz sizin bəlanızdır. Əgər sizi sevən birinin hisslərinə “yox” desəniz, o, sizi qaçırmağa çalışacaq. Cümə gününün sonunda başınız saçyolma, əlbəyaxa davaya qarışacaq, sonda isə hamını yerə yıxıb taxta oturacaqsınız. Şənbə günü əlinizə külli miqdarda pul gələcək, borc istəyənlər üstünüzə tökülüşəcək. Uğurlu günləriniz 12, 16 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Bu həftə sizi uzun müddət narahat edən problem həll olunacaq. Həyatın yaxşılaşdığını hiss edəcəksiniz, planlaşdırdığınız işlərdə uğur qazanacaqsınız. Çərşənbə axşamı həyatınıza fırtına daxil olacaq və planlarınızı qarma-qarışıq edəcək. Lakin qorxmayın, fırtına özü ilə daha çox uğur gətirəcək. Cümə axşamı çöldə gəzərkən yerə baxın: bir dəstə dollar tapmaq ehtimalı var. Bazar günü romantik axşama hazırlaşın: sevgiliniz və ya gizli pərəstişkarınız sizə sürpriz edəcək. Uğurlu günləriniz 11, 14 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə Əkizləri sakit günlər gözləmir: bütün həftə qaçaqaçda olacaqsınız. Qorxmayın, çünki sonu çox gözəl olacaq: pul, sevgi və xoşbəxtlik əldə edəcəksiniz. Sizdən xoşu gələn çox insan var, lakin siz kimi seçməyinizə qərar verə bilmirsiniz. Qərarsız olmayın, yoxsa sevgi qatarınız gedəcək. Çərşənbə axşamı qonağınız çox olacaq: onlara yaxşı qulluq edin, çünki özləri ilə çoxlu hədiyyələr gətirəcəklər. Həftəsonu ağlasığmaz bir işlə məşğul olacaqsınız. Uğurlu günləriniz 15, 16 oktyabr, uğursuz gününüz isə 14 oktyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə ən çox xanımlar üçün düşərli olacaq: illərdir, nağıllarda eşitdiyiniz ağ atlı bir şahzadəyə rast gələcəksiniz. Lakin onun ürəyini almaq üçün dəridən-qabıqdan çıxmalısınız, çünki rəqibləriniz çox olacaq. Subay bəyləri də marağlı həftə gözləyir: sizin ürəyinizi almaq üçün qızlar saçyolmaya çıxacaqlar. Sonda ən güclü qız ürəyinizə yol tapacaq. Xərçəngin karyerasında ciddi dəyişikliklər baş verəcək: tənbəllər işdən qovulacaqlar, işgüzarlar isə yeni vəzifəyə təyin olunacaqlar. Uğurlu günləriniz 11, 14, 16 oktyabr, uğursuz gününüz isə 12 oktyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Bu həftə həyatınızda baş verən uğursuzluğun səbəbini aşkar edəcəksiniz. Həyatınızda yenilik etməkdən qorxmayın: bütün stereotipləri qırın və heç kimə qulaq asmayın. Həftəsonu hamı sizdən danışacaq: insanların ürəyini alacaqsınız, rəğbət qazanacaqsınız. Xaricə getmək üçün şansınız olacaq: sizə təklif gələcək. Ümumiyyətlə, bu ərəfələrdə xarici dil öyrənməyiniz sizə xeyir gətirəcək. Qısqanc Şirlərin başı ağrıyacaq: sevgilinizə göz tikən olacaq. Uğurlu günləriniz 10, 13, 15 oktyabr, uğursuz gününüz isə 16 oktyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Bu həftə üsyan edəcəksiniz: sizi bezdirən müdiriyyətə, özünü dost kimi büruzə verən şəxsə, sizə soyuq davranan sevgilinizə ürəyinizdə olan sözləri deyəcəksiniz. Həyatınız yaxşılığa doğru dəyişəcək. Arzunuza çatmaq üçün çox az vaxt qalıb, səbr etməlisiniz. Bu bürcün subay nümayəndələrinin pərəstişkarları artacaq: hədiyyələr, gözəl sözlər, hətta evlilik təklifləri eşidəcəksiniz. Həftəsonu dostlarınızı başınıza yığaraq böyük şənlik keçirin, həyatın kefini çıxarın. Uğurlu günləriniz 12, 14, 16 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu bürcün ağlına hətta ulduzlar da heyrandır. Bu həftə hamı ağzıaçıq sizə baxacaq, çünki arzuladıqlarınıza nail olacaqsınız. Həyatınızda mənasız insanlar çoxdur, hansılar ki sizə yalnız ziyan vurur, çalışın, onlardan uzaqlaşın, yoxsa sonda başınız çox ağrıyacaq. Həftəsonu xəyanətlə qarşılaşa bilərsiniz: bu ya dost, ya da sevgiliniz tərəfindən ola bilər. Heç də kədərlənməyin, çünki sinənizdə bəslədiyiniz ilan vaxtında üzünü göstərdi, yoxsa o, sizə daha da ağır zərbə vura bilərdi. Uğurlu günləriniz 10, 12 oktyabr, uğursuz gününüz isə 11 oktyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Bu bürc soyuqqanlı görünə bilər, lakin onun içində balaca, şirin bir uşaq gizlənib. Bu həftə çalışın, özünüz kimi olun. Maskanızı çıxarın və inanın ki, çoxlu dost qazanacaqsınız. “Sevgi baxımından bəxtim gətirmir” düşünə bilrəsiniz, lakin bu belə deyil: ulduzlar bu yaxınlarda sizin qarşınıza ən layiqlisini seçib çıxaracaq. İş axtaranların üzü güləcək, çünki onlar arzu etdikləri təklifi alacaqlar. Həftəsonu gözləmədiyiniz yerdən pul gələcək, varlı olmağa hazırsınız? Uğurlu günləriniz 14, 16 oktyabr, uğursuz gününüz isə 15 oktyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə intriqalarla dolu günlər olacaq. Həftəni işinizdə xoş xəbərlə açacaqsınız: bu ya vəzifə yüksəlişi, ya da maaş artımı ola bilər. Çərşənbə günü bir nəfər sizə quyu qazmağa başlayacaq: nə vaxtsa kiminsə yolunu keçmisiniz və o, illərlə qisas planı qurub. Lakin bunu hiss edəcəksiniz və o insanı tapıb darmadağın edəcəksiniz. Həftəsonu başınıza yaxşı işlər gələcək: dostunuzdan sizin həyatınızı dəyişəcək inanılmaz xoş xəbər eşidəcəksiniz. Uğurlu günləriniz 10, 11, 15 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

“Bu bürc aysberq kimi soyuq və hissiyatsızdır”. Təəssüf ki, çox insan sizin haqqınızda belə düşünür. Sevgisini göstərməkdən çəkinən bu bürc ətrafındakı dostlarını itirə bilər. Lakin Oğlaq içdən sevir: öz sevgisini büruzə verməsə belə, çox güvənli bürcdür. Həftəiçi siz yeni işlə məşğul olmağa başlayacaqsınız: dəyişiklik sizə yeni imkanlar gətirəcək. Həyatınız yaxşıya doğru dəyişəcək, yeni dostlar qazanacaqsınız. Sevgiliniz tərəfindən kiçik, xoş sürprizlər alacaqsınız. Uğurlu günləriniz 11, 13, 15 oktyabr, uğursuz gününüz isə 10 oktyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Deyirlər ki, sevən aşiqinin yanında olmalı, ona nəzarət etməlidir. Lakin bu nəzarət Dolçanı bezdirir. Azadlığı sevən bu bürc sevgilisi ilə gərgin anlar yaşaya bilər. Ümumiyyətlə, bu yaxınlarda Dolçanın “başını bağlamaq” fikriniz varsa, məsləhət görürük, bundan vaz keçəsiniz: bu bürc “Subaylıq - sultanlıqdır” şüarı ilə yaşayır. Lakin pərəstişkarları da az deyil: həftəsonu əlinizi istəmək üçün qapınızın ağzına düzüləcəklər. Karyeranızda müsbət dəyişikliklər baş verəcək. Uğurlu günləriniz 12, 13 oktyabr, uğursuz gününüz isə 11 oktyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Bu həftə Balıq sağ göstərib, sol vuracaq, hamıya od qoyacaq. Balığın ağlına, bacarığına şübhə edən insanlar onun uğuruna mat-məəttəl qalacaqlar. Karyeranızda dəyişikliklərə hazır olun, çünki parlaq, sevincli günlər başlayır. Gözəlliyi, yaraşıqlığı ilə seçilən bu bürc çox insanların qəlbini fəth edəcək. Ulduzlar sizin qarşınıza bir neçə namizəd çıxaracaq: altıncı hissinizə güvənin və həyat yoldaşınızı seçin. Maddi durumunuzda artım gözlənilir: pulunuzu sağa-sola xərcləyəcəksiniz. Uğurlu günləriniz 14, 16 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər