top
Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: İntellekt, sənət, mədəniyyət yoxdur...
05 noyabr 2025, 10:54
- ↺ +

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Əməkdar artist Coşqun Rəhimovun "Çarli Çaplin, Rouan Atkinson, Lüi de Fünes aktyor deyil" açıqlaması birmənalı qarşılanmayıb. Onun bu fikri həm tamaşaçılar, həm də kino mütəxəssisləri arasında ciddi müzakirələrə səbəb olub.

Lent.az mövzu ilə bağlı tanınmış rejissor, kinoşünas və aktyorlardan münasibət öyrənib. 

Xalq artisti Şeyx Əbdül Mahmudov

"Ördək suya baş vurur, ona güllə atılanda çaşıb arxası üstə batır. Bu gün onlar da çaşıblar. Nəzarətsizlik, məsuliyyətsizlik, özbaşınalıq var. İntellekt, sənət, mədəniyyət yoxdur. Cavan uşaqdılar, öz tamaşaçılarının səviyyəsizliyindən istifadə edib ağızlarına gələni danışırlar, özlərinə karyera qururlar. Zamanı, dövrü, oyun tərzi fərqli olan bir şeyi müqayisə etmək gülüncdür. Ona görə də, onlara demək istəyirəm ki, öz işinizlə məşğul olun, çox zilə çıxmayın".

Kinorejissor Ayaz Salayev

"Bu haqda eşidəndə qulaqlarıma, müsahibəni oxuyanda gözlərimə inanmadım. Yer kürəsində 7 milyard insan var, Coşqun Rəhimov yeganə adamdır ki, bu fikri səsləndirib. Çarli Çaplin dahidir, onun kimi adamlar  min ildə bir doğulur. Lui de Fünes çox görkəmli aktyordur, Rouen Atkinson isə istedadlı bir adamdır. Yenə də deyirəm, baxdım və gözlərimə inanmadım".

Kinoşünas Sevda Sultanova

"Bütün aktyorların universal, hərtərəfli olmaq potensialı yoxdur. Coşqun Rəhimov, əsasən haqlıdı, o mənada ki, Lui  de Fünesin, Atkinsonun, Çaplinin aktyorluq potensialı böyük deyil. Hərçənd Çaplin bir rejissor kimi səssiz kinoda mövzuları, sosial-siyasi vurğuları, avara obrazı ilə yeni cığır açdı. Amma həm o, həm  Rouen Atkinson, Lüi de Fünes aktyor kimi birqatlıdırlar, oynadığı xarakterlər eynidir. Daha çox özlərini bir janrda sınayıblar. Düşünürəm ki, fakturaları da onlara müxtəlif intonasiyalı xarakterlər oynamağa mane olub. Amma təbii ki, hər üçü populyar aktyorlardır".

Xalq artisti Hacı İsmayılov

"Hər kəsin fikrinə hörmətlə yanaşıram. Çarli Çaplin yeganə aktyordur ki, bütün dünya onu sevir. Onu tanımamaq, sevməmək mümkün deyil. Çaplin dünyanın 1 nömrəli aktyorudur".

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər