top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 22.08. - 28.08.22
21 avqust 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 22.08. - 28.08.22

QOÇ (21 mart - 19 aprel)

Qoçu çox məhsuldar bir həftə gözləyir, lakin bazar ertəsi günü vacib işləri planlaşdırmayın - gecikmələr və maneələr ola bilər. Bu həftə bürcün çalışqan nümayəndələrini maddi mükafat gözləyir. Tənha Qoçlar çılğın və atəşli bir həftə keçirəcəklər - yeni tanışlıqlar sizi darıxmağa qoymayacaq. Həftəsonu səs-küydən uzaq olmağa çalışın - stresdən azad olmasanız, sağlamlığınızda problemlər yarana bilər. Uğurlu günləriniz 25, 26 avqust, uğursuz günləriniz isə 22, 23 avqustdur.

 

BUĞA (20 aprel - 20 may)

Buğalar soyuq münasibətlə üzləşə bilərlər - bunun qarşısını almaq üçün sevgilinizə daha çox diqqət yetirməlisiniz. Həftəsonu sizi sürpriz gözləyir, lakin bu sürprizə sevinməyən insanlar da olacaq - paxıllıq hissi onları boğacaq. Tənha olanlar münasibətə başlamağa və ya sevgi axtarışına çıxmağa tələsməsin - hələ ki, subaylığın dadını çıxarın. Uğurlu günləriniz 22, 23, 24, 27, 28 avqust, uğursuz günləriniz isə 25, 26 avqustdur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Ciddi münasibətlərə hazır olmayan Əkizlər bürcünün kişi nümayəndələrini sürpriz gözləyir - qarşınıza elə bir qız çıxacaq ki, sizin ürəyinizi və ağlınızı alacaq. Bu, bəlkə də ən uğurlu və ideal münasibət olacaq - hamı sizə baxıb həsəd aparacaq. Həyatınızda sizə quyular qazan çoxdur, çünki sizin uğurunuzu həzm edə bilmirlər. Lakin onlar buna nail olmayıblar və olmayacaqlar. Həftəsonu əsəbi və çox yorğun ola bilərsiz - çalışın bol istirahət edin. Uğurlu günləriniz 25, 26 avqust, uğursuz günləriniz isə 27, 28 avqustdur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə sizə tələlər quran, həyatınızda uğursuzluğun səbəbi olan biri ilə dava ola bilər - “Açın sandığı, tökün pambığı”, onun kim olduğunu hər kəsin içində göstərin. Vaxtında belə insanları yerinə otuzdurmasanız, onlar sizi zəif biri biləcəklər və sizə qarşı daha da pis əməllər edəcəklər. Gəzərkən yerə baxın - pul tapmaq şansınız olacaq. Narahat olmayın, ürəklə xərcləyin, çünki həyat sizi belə mükafatlandırır. Sevgilisi olanları romantik anlar gözləyir - şam gecəsi və ya xoş sürprizlərə hazır olun. Uğurlu günləriniz 22, 26, 27, 28 avqust, uğursuz günləriniz isə 23, 24 avqustdur.

 

ŞİR (23 iyul - 22 avqust)

Bu həftə şirlərin üzünə bəxt güləcək - bütün işlər uğurla sonlanacaq. Ən çox da iş axtaranlar sevinəcəklər - arzu etdiyiniz gəlirli iş tapa bilərsiz. İş yoldaşlarınız və müdiriyyətlə aranızda kiçik münaqişənin yaşanması ehtimalı var - bu, anlaşılmazlıq və ya sizin tənbəlliyinizin nəticəsi ola bilər. Həftəsonuna kimi var gücünüzlə çalışın, çünki mütləq bunun bəhrəsini görəcəksiz - karyera yüksəlişi və ya maddi bonuslar gözlənilir. Uğurlu günləriniz 25, 26, avqust, uğursuz gününüz isə 23 avqustdur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Həftənin sonuna qədər əhəmiyyətli pul axını gözləyin - bu sizin zəhmətinizin bəhrəsi olacaq. Həm də bu həftə keçmiş sevgilinizlə bağlı bütün xatirələri silmək məsləhət görülür - bunu etməyincə, ürəyinizin qapısı yeni insan üçün bağlı olacaq və bu sizə əzab verəcək. Yeni biznes açmaq, kurslara yazılmaq üçün əlverişli həftədir - ümumiyyətlə həyatınızda yeniliklər edin, darıxdırıcı həyata son qoyun. Uğurlu günləriniz 22, 26, 28 avqustdur, uğursuz gününüz gözlənilmir.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Bu həftə Tərəzi bürcünün özünə güvənməyən bəzi nümayəndələri daha da cəsarətli olmalıdırlar. Sevdiyiniz, xoşunuza gələn biri varsa, mütləq öz hisslərinizi ona bildirin, yoxsa sevgi qatarınız gedəcək. Bu ay boyunca əziyyət çəkmisiz və bu səbəbdən müdiriyyət tərəfdən qiymətləndiriləcəksiz. Lakin dedi-qodudan da qaça bilməyəcəksiz - bir insan var ki, sizi sevmir, uğurunuza paxıllıq edir. Bu insanı bu yaxında aşkar edəcəksiz və şoka düşəcəksiz - ağlınıza gətirə bilmədiyiniz biri olacaq. Uğurlu günləriniz 25, 26, 28 avqust, uğursuz günləriniz isə 22, 24 avqustdur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Bu həftə həyat sizi sınayacaq - işlər alınmasa belə, ruhdan düşməyin və güclü olun, çünki bu sınaqdan keçən hər kəsi sonda xoşbəxt günlər gözləyir. Maddi cəhətdən problem olmayacaq, hətta kiçik artım gözlənilir. Lakin sevgidə bəxtinizi bir daha gələn həftə sınamalı olacaqsız. Həftəsonu maraqlı təklif gözləyin - bu təklifi qəbul və ya rədd etməkdən əvvəl 100 ölçüb, bir biçin. Uğurlu günləriniz 22, 27, 28 avqust, uğursuz günləriniz 23, 24 avqustdur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Bu həftə Oxatan arzu etdiklərini həyatda gerçəkləşdirməlidir - özünüzə güvənin və alınacağına inanın. Sevgilinizlə kiçik münaqişələr ola bilər -  bu qısqanclıq və ya soyuq davranışdan, diqqətsizlik zəminində baş verə bilər. Həftəiçi çoxdandır gözlədiyiniz xəbəri alacaqsız - bu xoş xəbər sizin həyatınızı 180 dərəcə dəyişə bilər. Bank əməliyyatlarını həyata keçirmək, borca girmək məsləhət görülmür - səbr edin, maddi vəziyyətiniz bu yaxında yaxşılaşacaq. Uğurlu günləriniz 25, 26 avqust, uğursuz günləriniz isə 27, 28 avqustdur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Bu həftə çox məsələdə “gözünüz açılacaq” - ikiüzlü insanlar, paxıllar, əsl dostlar və düşmənlər üzə çıxacaqlar. Buna səbəb isə həftəsonu sizin uğurlu xəbər almağınız olacaq - haqqınızda hər kəs danışacaq. Neytrallıq, soyuqqanlılıq və özünənəzarət Oğlaqlara peşəkar sahədə çox yaxşı nəticələr əldə etməyə kömək edəcək. Sevgi cəbhəsində inanılmaz hadisələr baş verəcək, hətta buna görə yaxşı mənada ağlınızı itirə bilərsiz. Uğurlu günləriniz 27, 28 avqust, uğursuz gününüz isə 24 avqustdur.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Bu həftə Dolça bütün problemləri, qayğıları unudub sağlamlığına fikir verməlidir - artıq çəkilərinizi atmaq üçün ideal dövrdəsiniz. Həftənin əvvəlində həssas olacaqsız və hər kəs sizi əsəbiləşdirəcək. Lakin həftənin ortasında hər şey dəyişəcək - aldığınız xoş xəbərlər sizi emosional böhrandan çıxaracaq. Maddi durumunuzda problemlər yarana bilər - bədxərc olmasanız, bu problemlə rastlaşmayacaqsınız. Uğurlu günləriniz 22, 26, 28 avqustdur, uğursuz günləriniz isə 25, 27 avqustdur.

 

BALIQLAR (19 fevral - 20 mart)

Bu həftə Balıqlar seçim arasında olacaqlar - bu sevgi, iş seçimi və ya alış məsələsi ola bilər. Düzgün seçim etmək üçün vaxtınız az olacaq, lakin altıncı hissinizə güvənsəniz düzgün seçim edəcəksiniz. Müdiriyyət tərəfdən danlana, hətta gözdən düşə bilərsiniz - lakin bu, bürcün tənbəl və diqqətsiz nümayəndələrinə aiddir. İşgüzar Balıqları isə xoş xəbər gözləyir - maddi durumları artacaq, böyük məbləğdə bonuslar almaq ehtimalı da var. Uğurlu günləriniz 22, 23, 24 avqustdur, uğursuz günləriniz isə 27 28 avqustdur.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər