top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 05.09. - 11.09.22
04 sentyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 05.09. - 11.09.22

QOÇ (21 mart - 20 aprel)

Bu həftə tələsik heç nə etməyin - buraxın hər şeyi həyatın axarına. Ehtiyatlı olun - dələduzlar ətrafınıza yığışacaqlar. Həftənin ortalarından etibarən iş üçün əlverişli dövr başlayacaq. Yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin - balışın altında saxlamaq əvəzinə kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiz. Sevgilinizə daha çox vaxt ayırın - ona xoşbəxt anlar yaşatmağa çalışın. Uğurlu günləriniz 7, 8, 11 sentyabr, uğursuz günləriniz isə 5, 6 sentyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Buğa bürcü özünə nəzarəti itirmək, idarəolunmaz duyğulara düşmək riski altındadır. Əyləc pedalına basmaq lazım olduğu yerdə, Buğa qaza basmağa başlayacaq - bunun nəyə gətirib çıxara biləcəyini demək çətindir. Səyahət etmək planlarınız varsa, çalışın gələn həftəyə saxlayın. Həftəsonu ailə tərəfindən təzyiqə məruz qalacaqsız - sizin fikriniz onların fikri ilə bir olmayacaq. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər - çalışın səbirli olun. Uğurlu günləriniz 7, 11 sentyabr, uğursuz günləriniz isə 6, 9 sentyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Əkizlər üçün cari həftə kifayət qədər əlverişli və müsbət olacaq. Əhəmiyyətli və sevincli xəbərlər, uğurlu işgüzar səfərlər, hədiyyələrlə dolu günlər olacaq. Lakin uğurlarınız və pozitivliyiniz bir çoxlarını qıcıqlandıracaq - hələ çox “içi qurdlu” insanlar tanıyacaqsız. Sevgiliniz tərəfindən möhtəşəm xəbər və ya hədiyyə gözləyin - sevincdən göyün yeddinci qatında olacaqsız. Uğurlu günləriniz 6, 10 sentyabr, uğursuz günləriniz isə 5, 9 sentyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə bəzi vacib qərarları təkbaşına qəbul etməli olacaqsız - çalışın intuisiyanıza qulaq asın. Sevdiyiniz insanla münasibətlər pisləşə bilər - o da sizin günahınızın ücbatından. Birtərəfli mövqe tutmaqdan əl çəkin -  başqaların da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Cibiniz pulla dolu olacaq - bu, qohumunuz tərəfindən sizə maddi kömək və ya hədiyyə ola bilər. Uğurlu günləriniz 9, 10 sentyabr, uğursuz günləriniz isə 5, 6, 11 sentyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Bu həftə hamı sizin dalınızca təkcə bir söz deyəcək - “Bu insan bəxtəvərdir!” Həftə başlayan kimi çoxdandır gözlədiyiniz xəbər alacaqsız - bəlkə də həyatınızın ən sevincli günlərini yaşayacaqsız. Bütün işləriniz uğurla sonlanacaq - hamı sizdən danışacaq, hətta sizi sevməyənlər də nailiyyətlərinizi alqışlayacaqlar. Ulduzlar bu bürcün subay nümayəndələrinə gözəl bir insan bəxş edəcək - onunla ömrünüzün sonuna kimi xoşbəxt yaşayacaqsız. Uğurlu günləriniz 6, 9, 11 sentyabr, uğursuz günləriniz isə 7, 8 sentyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Qızlar bu həftə hər gününə təəccüblənəcəklər - hər yeni açılan gün sürprizlərlə dolu olacaq. Ən çox da sizi dostlarınız təəccübləndirəcək - kim qonaqlıq verəcək, kim bahalı hədiyyə alacaq, kim isə sizi səyahətə dəvət edəcək. Bundan əlavə, həftəiçi gözlənilmədən gəlirli iş təklifi gələcək. Sevinin, çünki qara günləriniz geridə qaldı - firavan yaşamağın əsl vaxtıdır. Sevgi baxımından da bəxtiniz gətirəcək - xoşunuza gələn biri varsa, mütləq ona öz hisslərinizi bildirin, o, “yox” deməyəcək. Uğurlu günləriniz 5, 6, 8, 10 sentyabrdır, uğursuz günləriniz gözlənilmir.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Tərəzi bu həftə yaxın bildiyi dost tərəfindən zərbə ala bilər - boynunuzda bəslədiyiniz ilan sizi sancmaq istəyəcək. Onun iç üzünü görəcəksiz, lakin şükür edəcəksiz ki, bunu vaxtında aşkar etdiz. Uğurlu iş birliyi qurmaq və ya gəlirli iş tapmaq üçün əlverişli vaxt olacaq. Sizin ağlınıza hamı heyrandır, lakin bəzən tənbəlliyiniz ağıldan üstün olur və bununla da uğur qazana bilmirsiz. Bu həftənin sonuna qədər var gücünüzlə işləyin - sizin zəhmətiniz, əməyiniz boşuna getməyəcək və dəyərləndiriləcək. Uğurlu günləriniz 7, 8 sentyabr, uğursuz günləriniz isə 5, 6 sentyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Həyatınızda hisslərinizlə oynayan biri var - siz ona bütün sevginizi bəxş edirsiniz, o isə bundan istifadə edir. Həftəsonu bu insanı ifşa edəcəksiniz - onun yalanları üzə çıxacaq. Lakin kədərlənməyin, onu unutduracaq biri həyatınıza daxil olacaq - əsl sizə layiq bir insan. Karyera yüksəlişinə hazır olun - müdiriyyət sizin çalışqan olduğunuzu dəyərləndirəcək və sizə layiqli vəzifə verəcək. Pulunuz çox olacaq, hamı sizdən borc istəməyə gələcək, lakin heç kimə bir qəpik də verməyin - o pullar bir də qayıtmaya bilər. Uğurlu günləriniz 5, 6 sentyabr, uğursuz günləriniz isə 7, 9 sentyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə işlər istədiyinizdən daha çətin alınacaq, lakin israrlı olmalısınız - yolda maneələr yaransa belə geri çəkilməyin, ilk uğursuzluqdan sonra təslim olmayın. Çox güman ki, işdə yeniliklər baş verəcək - müdiriyyət tərəfindən sizə yeni tapşırıq və ya proyekt həvalə ediləcək. Bütün işləri vaxtında görsəniz karyeranızda yüksəliş olacaq. Sevgiliniz yoxdursa, kədərlənməyin, çünki bu yaxında ulduzlar ən layiqli birini sizin qarşınıza çıxaracaq. Uğurlu günləriniz 8, 11 sentyabr, uğursuz günləriniz isə 9, 10 sentyabrdır.

OĞLAQ (23 dekabr - 20 yanvar)

Oğlaq işləməyi və pulu sevir, lakin pul xərcləməkdən də qalmır - yaxşı maaşlı bir işə sahib olsa da, yenə kreditlər götürür və sonra hamıdan borc istəyir. Amma bu həftə əksinə olacaq, hamı sızdən kömək istəyəcək, çünki əlinizə külli miqdarda pul gələcək. Ürəyiniz çox yumşaqdır, çox adam da bundan istifadə edir - çalışın hər kəsi ürəyinizə yaxın buraxmayın. Həyatınızda biri var ki, sizdən ötrü dəli-divanədir, lakin sizin soyuqluğunuz onu daha da dəli edir - o insana bir şans verin. Uğurlu günləriniz  5, 7,10 sentyabr, uğursuz gününüz isə 6 sentyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Bu həftə Dolça Məcnun olub səhralara düşəcək - qarşılıqsız sevgi ilə üzləşən bu bürc sonda sevgilisi ilə qovuşacaq. Tez-tez xəyyallara dalan Dolça reallıqla barışmalıdır - həyatınızı dəyişmək üçün ağlınız var, imkanlarınız da var. Bunlardan istifadə etsəniz, bəlkə də “Forbes” jurnalında 10 ən varlı insanlar siyahısında olarsınız. Karyeranızda kiçik dəyişikliklər gözlənilir - çalışın öz əməyinizlə müdiriyyətin diqqətini çəkin. Uğurlu günləriniz  7, 8, 11 sentyabrdır, uğursuz günləriniz gözlənilmir.

 

BALIQLAR (20 fevral - 20 mart)

Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqalar sizin ideyanızın reallığına inanmaya bilərlər - əsas odur ki, siz özünüz uğura inanın. Buna görə də mütləq intuisiyanıza güvənin - o, sizə heç vaxt səhv yol göstərməz. Həftənin ikinci yarısında evlilik təklifi ala bilərsiniz - bu təklif hətta sizin dostunuzdan gələ bilər. İllərdir sizi sevən, lakin cəsarət göstərib sizə öz hissləri haqda deyə bilməyən o insana mütləq “hə” deyin - onunla xoşbəxt olub bir yastıqda qarıyacaqsınız. Qohumlardan maddi hədiyyə gözləyin. Uğurlu günləriniz 5, 7, 10 sentyabr, uğursuz gününüz 11 sentyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər