top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 12.09. - 18.09.22
11 sentyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 12.09. - 18.09.22

QOÇ (21 mart - 20 aprel)

Qoç üçün həftə müsbət hadisələrlə yadda qalacaq. Əgər hələ də ikinci yarınızı tapmamısınızsa, bu həftə çılğın və romantikayla dolu insana rast gələcəksiniz. Lakin ailəniz və dostlarınızın seçiminizi başa düşə və qəbul edə bilməyəcəklərinə hazır olun. Başqalarının məsləhətlərinə əhəmiyyət verməyin, çünki xoşbəxtliyiniz kənar müdaxilələrə məruz qalmamalıdır. Sağlamlığınıza diqqət yetirin - yağlı yeməklərdən və şəkərdən uzaq durun. Uğurlu günləriniz 12, 16, 17 sentyabr, uğursuz gününüz isə 18 sentyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Buğa üçün həftə çox əlamətdar olacaq - əgər uzun müddət məqsədinizə doğru irəliləyirsinizsə, o zaman həftənin sonunda işinizdən yaxşı nəticələr əldə edə biləcəksiniz. Önəmli dəyişikliklər haqqında düşünürsünüzsə, bu həftə ilk addımı atmağa çalışın. Əlinizə gözlənilməz yerdən pul gələ bilər. Lakin özünüzlə böyük məbləğdə pul daşımayın - sizi aldada və ya pulunuzu oğurlaya bilərlər. Həmçinin vaxtı ikən kömək əlinizi uzatdığınız şəxs sizə bu yaxşılığı geri qaytaracaq. Uğurlu günləriniz 13, 14 sentyabr, uğursuz gününüz isə 17 sentyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Bu həftə Şekspirin “Romeo və Cülyetta”sının ikinci hissəsini sizin həyatınıza baxıb yazacaqlar. Ağlasığmaz bir dövr başlayır - hər gün sanki bir serial olacaq. Xoşbəxt günləriniz kədərli günlərinizdən xeyli çox olacaq və bu “film” gözəl bitəcək. Cibiniz boş olsa da, ağlınız hamıdan üstündür - bundan maksimum istifadə etsəniz ölkədə ən varlı şəxs ola bilərsiniz. Həftəsonu sizi “dəli” edəcək bir insanla rastlaşacaqsınız - onu unutmaq istəsənizdə, o sizi unutmayıb. Uğurlu günləriniz 15, 17 sentyabr, uğursuz gününüz isə 13 sentyabrdır.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə yeni iş axtaranlar və işi dəyişmək istəyənlər üçün çox gözəl dövr başlayır. Çoxdan arzu etdiyiniz işə sahib olacaqsınız - mütləq elanlara göz gəzdirin. Yaxın dostunuzdan qeyri-adi təklif alacaqsınız - bu təklif sizi çaşbaş qoya bilər, lakin ona inanın və razılaşın. Həftənin ikinci yarısı qalmaqalla yadda qala bilər - iş yoldaşınızla və ya qonşunuzla sözünüz çəp gələcək. Narahat olmayın, hər şey düzələcək və sizə haqsızlıq edənlər cəzasını alacaqlar. Uğurlu günləriniz 12, 18 sentyabr, uğursuz gününüz isə 16 sentyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Gələcək işlərinizdəki uğurlar bu həftə verəcəyiniz qərarlardan asılı olacaq. Lakin iş yerinizdə həmkarlarla münasibətlər çətinləşə bilər - müdiriyyət tərəfindən fərqləndirilməyiniz başqalarına qıcıq verəcək. Əgər ətrafınızda güvənmədiyiniz insanlar varsa, o zaman dostluğu dərhal pozmağa çalışın - bir gün onlar sizə zərbə vura bilərlər. Yanınızda bir insan var ki, sizdən ötrü dəli-divanədir, lakin sizin ona “yox” deyəcəyinizdən qorxduğu üçün hisslərini bildirmir. Uğurlu günləriniz 14, 17 sentyabr, uğursuz günləriniz isə 12, 16 sentyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Qızın həyatında hər şey pis olsa belə, o, başqalarına məsləhətlər verməyə çalışır - və bu məsləhətlər həqiqətəndə yarayır. Həftə istədiyiniz kimi başlamaya bilər, lakın həftənin ortalarında hər şey düzələcək - sadəcə səbirli olun. Çərşənbə və cümə axşamı sizi maraqlı səfərlər və yeni insanlarla görüşlər gözləyir - tanışlıq çox faydalı ola bilər. Sevgiliniz həftəsonu sizə romantik anlar yaşadacaq, ondan hətta evlilik təklifi də ala bilərsiz. Sevgilisi olmayanlar isə fikrini eşqə yox, karyera qurmağa yönəltməlidirlər. Uğurlu günləriniz 13, 16 sentyabr, uğursuz günləriniz isə 14, 18 sentyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu həftə stresdən uzaq durmalısınız, hətta işiniz başınızdan aşsa belə. Sizin istirahətə ehtiyacınız olacaq - mütləq kiçik məzuniyyət götürün və doyunca yeyin, için, əylənin - bir sozlə istirahətin kefini çıxarın. Həftənin sonunda maddi durumunuz xeyli yaxşılaşacaq - ola bilsin, çoxdanır borc verdiyiniz insan pulunuzu qaytarsın. İdmanla məşğul olmağa başlayın - idman sizin həyatınızı 180 dərəcə dəyişəcək. Ətrafınıza nəzər yetirin, sizi sevməyən biri var - uyğun vaxt gözləyir ki, sizə hiylə qursun. Uğurlu günləriniz 12, 16 sentyabr, uğursuz günləriniz isə 15, 17 sentyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Yeni tanışlıqlarla bol həftə olacaq. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır - ideyanız varsa, mütləq gerçəkləşdirin. İnanın ki, bütün işləriniz alınacaq! Ulduzlar sizə gözlənilməz iş təklifi və ya karyera yüksəlişi vəd edir. Sevgisiz qala bilməyən Əqrəbin həyatına bir nəfər daxil olacaq - onun nazını çox çəkməli olacaqsınız, amma sonda bütün sınaqlardan keçərək onunla xoşbəxt olacaqsınız. Uğurlu günləriniz 14, 16, 18 sentyabr, uğursuz gününüz isə 12 sentyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə pulunuza qənaət edin, xərcləri əvvəldən planlaşdırın. Təsadüfi tanışlıq sizin həyatınızı 180 dərəcə dəyişəcək - bu, gələcəkdə sizinlə iş birliyi quracaq insan ola bilər. Əks cinsin nümayəndəsi sizin könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaq - sizin təkrarolunmaz cazibəniz çox insanın ağlını başından alır. Həftəsonu səyahət etmək üçün imkan olacaq - bu təklif sizin dostunuz tərəfindən gələ bilər, ya da hədiyyə kimi sizə aviabilet təqdim edə bilərlər. Uğurlu günləriniz 13, 16 sentyabrdır, uğursuz günləriniz gözlənilmir.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

Bu həftə Oğlaq sevindirici xəbər eşidəcək - bu, çoxdan gözlədiyiniz vacib məlumat ola bilər. Bu günlərdə sevgi münasibətinə başlamağa çalışmayın - xoşunuza gələn biri varsa, onu mütləq yoxlayın, yalnız bundan sonra ürəyinizi ona açın. Oğlaqların karyera yüksəlişi üçün əlverişli dövrdür - bütün maneələrə baxmayaraq, arzularınızın dalınca gedin və sonda mütləq uğur qazanacaqsınız. Ulduzlar sizə həftənin sonunda gözlənilməz iş təklifi vəd edir. Sağlamlığınızla bağlı problemlər ola bilər - bol vitaminli qidalar qəbul edin. Uğurlu günləriniz 12, 14, 18 sentyabr, uğursuz gününüz isə 15 sentyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Niyə Dolçaların uğuruna sevinən azdır? Bu sualı bu həftə özünüzə tez-tez verəcəksiniz, çünki uğurlarınız bol olacaq. Sizi gözü götürməyənləri ifşa edib həyatınızdan silmək vaxtıdır - ətrafınıza yaxşı insanları yığın. Həftənin sonunda çoxdan görmədiyiniz insanlarla görüşəcəksiniz və görüş çox faydalı olacaq. Lakin sevincli xəbərlər bununla bitməyəcək - müdiriyyət fəaliyyətinizi yüksək qiymətləndirəcək və maaşınız artacaq. Lakin sevgi cəbhəsində yeniliklər gözləməyin - vaxt gələndə sevinəcəksiniz. Uğurlu günləriniz 14, 16 sentyabr, uğursuz gününüz isə 17 sentyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Ulduzlar sizə varlı olmaq üçün bol şans verəcək - gözəl iş təklifi gözləyin.

Ümumiyyətlə, bu həftə Balıqlar işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər - karyera dəyişiklikləri üçün əlverişli zamandır. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq zəminində ailədə və ya sevgilinizlə münaqişələr yarana bilər. Amma sevgilinizdə də az yoxdur - çoxlu vədlər verir, lakin hamısını yerinə yetirmir. Davalarınızı minimum həddə çatdırmaq üçün sevgilinizlə danışın, narahat edən bütün məqamları müzakirə edin. Bundan sonra hər şey qaydasına düşəcək. Uğurlu günləriniz 13, 16 sentyabrdır, uğursuz günləriniz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər