top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 24.10. - 30.10.22
23 oktyabr 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 24.10. - 30.10.22

QOÇ (21 mart - 20 aprel)

Qoçlar üçün həftənin əvvəli gərgin ola bilər. Böyük planlarınız varsa, onların həyata keçirilməsi ilə təkbaşına məşğul olacağınıza hazır olun. Etibar edə biləcəyiniz köməkçiləri tapmaq çox çətin olacaq. Həftənin ortasında yeni faydalı tanışlıqlar olacaq: həmin insanlar gələcəkdə sizin həyatınızda böyük rol oynayacaqlar. Sevgilinizlə problem yaşana bilər. Çalışın, problemləri təzyiq etmədən, sakit həll edəsiniz. Həftəsonu uğurlu alış-veriş edəcəksiniz. Ürəklə xərcləyin, çünki ayın sonunda sizə bonuslar gələcək. Uğurlu günləriniz 26, 27 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

 

BUĞA (21 aprel - 21 may)

Bu həftə bütün problemlər və qayğılar sizdən uzaq olacaq. Küsülü olduğunuz insanla barışmaq məsləhət görülür. Tək olan Buğalar həftəsonu subaylığın daşını atıb, böyük sevgiyə çevriləcək romantik münasibətlərə başlayacaqlar. Evli olanlar, qısqanclıq səhnələri qurmayın, çünki onlar sizin üçün pis bitə bilər. Sakit və səbirli olun. Əgər əvvəllər perspektivsiz hesab etdiyiniz layihələriniz var idisə, bu həftə hər şey dəyişəcək: işləriniz uğurla həll olunacaq. Uğurlu günləriniz 29, 30 oktyabr, uğursuz gününüz isə 26 oktyabrdır.

 

ƏKİZLƏR (22 may - 21 iyun)

Ulduzlar həftəiçi sizə çoxlu yeni və qeyri-adi sürprizlər hazırlayıb. Xüsusilə, dəyişikliklər maliyyə vəziyyətinizə təsir edəcək: büdcəniz əhəmiyyətli dərəcədə artacaq. Əgər siz hazırda yeni iş axtarırsınızsa, o zaman bu həftə bu məsələdə əhəmiyyətli irəliləyişlər görəcəksiniz. Yeni insanlarla tanış olmaqdan, eləcə də işgüzar danışıqlardan qaçmayın: onların karyeranıza müsbət təsir göstərmək ehtimalı yüksəkdir. Uğurlu günləriniz 25, 28, 30 oktyabrdır, uğursuz gününüz gözlənilmir.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə siz düşmənlərinizlə üz-üzə gələcəksiniz: onlar sizə təzyiq göstərəcəklər, ayağınıza dolaşacaqlar. Lakin onlar unutmamalıdırlar ki, başqasına quyu qazan elə özü ora düşər. Ulduzlar sizin tərəfinizdə olacaq və işlərinizdə uğur qazandıracaq. Ümumiyyətlə, bu həftə çox çalışacaqsınız və belə gərgin işin nəticəsi özünü çox gözlətməyəcək: maaşınız artacaq və ya maddi vəziyyətiniz yaxşılaşacaq. Eyni zamanda bu həftə borc almaqdan və ya verməkdən çəkinin, çünki bu, gələcəkdə yaxınlarınızla münasibətləri korlaya bilər. Uğurlu günləriniz 25, 29 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

 

ŞİR (23 iyul - 21 avqust)

Həftənin əvvəlində siz işdə rəhbərliyin və həmkarların gözlərində yüksələcəksiniz. Uğurunuza çox insan sevinsə də, paxıllar da az olmayacaqlar. Sevgilinizlə hər hansı probleminiz varsa, bunu dərhal müzakirə edin; imkan verməyin, aranızda soyuqluq yaransın. Bu həftə gələcək üçün vacib planlar və ideyalar haqqında düşünün, nə istədiyinizi və edəcəyinizi dəqiq bilin. Həftəsonu istirahət edin, güc yığın, çünki gələn həfdə ağır və eyni zamanda məhsuldar günlər gözlənilir. Uğurlu günləriniz 24, 30 oktyabr, uğursuz gününüz isə 27 oktyabrdır.

 

QIZ (22 avqust - 23 sentyabr)

Bu həftə sevincli günlərə hazır olun: bəxtəvər olacaqsınız! Həftəiçi çoxdan gözlədiyiniz xoş xəbərlər eşidəcəksiniz. Əgər uğur qazanmaq istəyirsinizsə, mütləq bir gül əkin. O gül çiçəklənəndə sizin uğurlu günləriniz başlayacaq və bitmək bilməyəcək. Lakin son vaxtlar sevgilinizə qarşı çox soyuq davranırsınız. Münasibətlərinizdə çat yarana bilər. Çalışın, həftəsonu onunla daha çox vaxt keçirin. Bazar günü müdiriyyət tərəfindən tərif alacaqsınız və bu, sizin karyera yüksəlişinizdə daha bir addım olacaq. Uğurlu günləriniz 26, 30 oktyabr, uğursuz gününüz isə 25 oktyabrdır.

 

TƏRƏZİ (24 sentyabr - 23 oktyabr)

Bu həftə Tərəzilər eşq macərası yaşayacaqlar: özünüzü göyün yeddinci qatında hiss edəcəksiniz. Hədiyyələr, komplimentlər və romantik anlardan doymayacaqsınız. Lakin rəfiqələrinizdən biri sizə zərbə vura bilər: o, sizin xoşbəxtliyinizi həzm edə bilmir, onu aşkar edin və birdəfəlik həyatınızdan silin. Həftəsonu bədxərclik etməyin: ən yaxşısı, bacardığınız qədər pul yığın. Karyerada uğur qazanmaq istəyirsinizsə, daha çox çalışın və kollektivlə mehriban olun. Uğurlu günləriniz 25, 28 oktyabr, uğursuz gününüz isə 27 oktyabrdır.

 

ƏQRƏB (24 oktyabr - 22 noyabr)

Bu həftə sizi sancmaq istəyəcəklər: sizə quyu qazacaqlar, lakin bunu vaxtında aşkar edib qarşısını alacaqsınız. Bununla da kimin dost, kimin düşmən olduğunu biləcəksiniz. Ulduzlar sizə çox maraqlı hədiyyə hazırlayıb, səbir edib gözləyin. Həftəsonu yeni iş təklifi gələcək. Lakin intuisiyanız sizə bu təklifin heç bir nəticə verməyəcəyini deyirsə, imtina etməkdən qorxmayın. Müdiriyyət tərəfindən bonuslar ala bilərsiniz, əgər tapşırıqları vaxtında və düzgün yerinə yetirsəniz. Uğurlu günləriniz 24, 29 oktyabr, uğursuz gününüz isə 28 oktyabrdır.

 

OXATAN (23 noyabr - 22 dekabr)

Bu həftə sizin həyatınızı dəyişəcək mühüm bir qərar verəcəksiniz; 100 ölçüb, bir biçməlisiniz. Şəxsi həyatınızda bəzi çətinliklərlə qarşılaşa bilərsiniz, lakin çox da dərd etməyin, gözəl günlər qarşıdadır. Pul qazanmaq üçün yeni bir üsul kəşf edəcəksiniz. Varlı olmağa hazırsınız? Boş vaxtınızı yaxınlarınızla səmimi söhbətlərə həsr edin: onlardan faydalı məsləhətlər ala bilrəsiniz. Uğurlu günləriniz 27, 28 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

 

OĞLAQ (23 dekabr - 20 yanvar)

 

Oğlağın tərsliyi onun başına iş açacaq. Məsləhətlərə qulaq asın, bu həftə çalışın, bildiyiniz kimi hərəkət etməyin. Münasibət qurmaq istəyirsinizsə, gərək hisslərinizi də qorxmadan deməyi bacarasınız. Hətta “yox” cavabı alsanız belə, ruhdan düşməyin, deməli, o insan sizə layiq deyil. Həftəsonu ya yeni işə, ya da yeni proyektə başlayacaqsınız: bu, sizin indiyə qədər əldə etiyiniz ən böyük uğurunuz olacaq. Yeni dostlar, imkanlar əldə edəcəksiniz: xoş günlərə hazır olun. Uğurlu günləriniz 24, 25 oktyabr, uğursuz gününüz isə 26 oktyabrdır.

 

DOLÇA (21 yanvar - 19 fevral)

Bu həftə çoxdan tutduğunuz arzular gerçəkləşəcək, sevincinizdən özünüzə yer tapa bilməyəcəksiniz. Amma uğurlarınız haqqında heç kimə deməyin: hər zamankı kimi, sizə paxıllıq edənlər çoxdur. Uğurlu iş birliyiniz olacaq, cibiniz pulla dolu olacaq. Amma sağlamlığınızda problemlər ola bilər: əsas da, çalışın, stresdən uzaq durun. Həftəsonu dostlarınızla görüşməyə və gözəl vaxt keçirməyə çalışın. Uğurlu günləriniz 26, 30 oktyabr, uğursuz gününüz isə 24 oktyabrdır.

 

BALIQLAR (20 fevral - 20 mart)

Bu həftə yığıncaqlara, party-lərə qoşulmaq məsləhət görülmür, daha çox sakit yerlərə üz tutun. Əks halda əsəb, yorğunluq, səs-küy sizi depressiyaya sala bilər. Həmçinin şənbə və bazar günləri uzun səfərlərdən qaçın, çünki gözlənilməz hallar, hətta qəzalar mümkündür. Avtomobil sahibləri yollarda çox diqqətli olmalıdırlar. Lazım gələrsə, avtomobilinizi əlavə olaraq yoxlatdırın. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrə getmək üçün çox əlverişlidir. Uğurlu günləriniz 29, 30 oktyabr, uğursuz gününüz isə 27 oktyabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər