top
“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 08.08. - 14.08.22
07 avqust 2022, 10:00
- +

“BİZ SİZƏ ULDUZLARDAN DAHA YAXINIQ” - 08.08. - 14.08.22

QOÇ (21 mart - 19 aprel)

Son günlər passivləşən Qoç bu həftə həyatını 180 dərəcə dəyişməlidir. Özünüzə gəlin! Dünya sizin kim olduğunuzu bilməlidir! Yeni ideyalar, planlar qurun və hamını mat qoyun - qoy hamı haqqınızda danışsın! Sevgidən qaçan Qoçu həftənin sonunda xoş sürpriz gözləyir - çoxdandır sizdən xoşu gələn biri sevgi etirafı edəcək. Pulunuzu balışın altında gizlətməyin - xərcləyin özünüzə və narahat olmayın, çünki ayın sonu xərclədiyiniz məbləğ ikiqat sizə qayıdacaq. Uğurlu günləriniz 8, 12 avqust, uğursuz günləriniz isə 9, 10 avqustdur.

 

BUĞA (20 aprel - 20 may)

Buğa bu həftə nostalji hisslər yaşayacaq - məktəb, universitet və ya köhnə dostlarla görüş gözlənilir. Uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Münasibətdə olan Buğalar evlənmək haqqında fikirə gələ və ya partnyor tərəfdən nişan, evlənmək təklifi ala bilərlər. Həyatınıza yeniliklər qatın - kurslara yazılın, klublara qoşulun, planınızda səyahət varsa, mütləq gerçəkləşdirin - yeni insanlar, tanışlıq, ab-hava sizə müsbət təsir edəcək. Uğurlu günləriniz 8, 9, 13 avqust, uğursuz günləriniz isə 11, 12 avqustdur.

 

ƏKİZLƏR (21 may - 21 iyun)

Bu həftə varlı Əkizlər ürəyiaçıq olub hamıya pul paylayacaqlar. Bəli, düz oxuduz, bu həftə sizin varlı olmaq üçün 99% şansınız var! Ağıllı, kreativ birisiniz - beyninizi 100% işlədin və uğura imza atın. Sevgi cəbhəsində problemlər yaşana bilər - partnyorunuza qarşı həddindən artıq nəzarət mənfi nəticəyə gətirib çıxara bilər. Güvənmirsinizsə, niyə onunlasınız? Güvənirsinizsə, onu rahat buraxın və sıxmayın. Həftəsonu iki seçim arasında qalacaqsız -  bu, sevgi, maliyyə yatırımı və ya iş seçimi ola bilər. Uğurlu günləriniz 10, 11 avqust, uğursuz günləriniz isə 8, 13 avqustdur.

 

XƏRÇƏNG (22 iyun - 22 iyul)

Bu həftə maddi baxımdan yüksəliş gözlənilir - çox maraqlı və sərfəli layihəyə başlamaq imkanı olacaq. Peşəkar və işgüzar olduğunuz üçün sizə yeni təkliflər gələcək - bir neçə şirkət sizi öz tərəfinə çəkmək istəyəcək.

Sevgilinizlə münasibəti korlamağınız məsləhət görülmür, çünki daha sonra sevgi nifrətə çevrilə bilər. Həftəsonu müalicəvi sanatoriyalara getmək sağlamlığınız üçün müsbət olacaq. Artıq pulunuz varsa, sərmayə yatırın - peşman olmayacaqsız. Uğurlu günləriniz 13, 14 avqust, uğursuz günləriniz isə 9, 10 avqustdur.

 

ŞİR (23 iyul - 22 avqust)

Şiri bu həftə yeni tanışlıqlar gözləyir - yeni insanlar gələcəkdə ən dürüst dost olacaqlar və onlarla birgə biznes açmaq şansını qazanacaqsız. Lakin köhnə bildiyiniz “dost” sizə arxadan bıçaq zərbəsi vura bilər - özünü şübhəli aparan insanlardan vaxtında uzaqlaşın. Sizi hamı sevir, lakin bir insan var ki, sizə görə göydən ulduzları da yerə endirə bilər - yaxın zamanda o insan özünü göstərəcək. İşinizdə uğurlar gözlənilir, lakin həftəsonu müdiriyyətlə kiçik problemlər yaşana bilər - çalışın tapşırıqları vaxtında yerinə yetirin. Uğurlu gününüz 8 avqust, uğursuz gününüz isə 11 avqustdur.

 

QIZ (23 avqust - 22 sentyabr)

Avqustun ikinci həftəsində Qız bürcü emosional şok yaşayacaq - həftə içi bol-bol sürprizlərlə qarşılaşacaqsınız. Bürcün bir çox nümayəndəsi qəflətən seçim qarşısında qalacaq - düzgün seçim sizə uğur gətirəcək, ona görə 100 ölçüb, 1 biçin. Həftəsonu peşəkar fəaliyyətlər və maliyyə sizə məmnunluq gətirəcək. Güclü və enerjili qalmaq üçün məşqə yazılın. Münasib qiymətə əmlak almaq imkanı yaranacaq, lakin müqaviləni bağlamazdan əvvəl peşəkarlarla məsləhətləşin. Uğurlu günləriniz 9, 10 avqust, uğursuz günləriniz isə 13, 14 avqustdur.

 

TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)

Bu həftə Tərəzi özünü lider kimi göstərəcək - işlədiyi yerdə yeni layihə təqdim edəcək və bütün işləri uğurla yerinə yetirəcək. Müdiriyyət tərəfindən bonuslar, hətta karyera artımı gözlənilir. Bu ərəfələrdə çox insan sizdən kömək istəyəcək - elədiyiniz yaxşılıqlar gələcəkdə sizə geri qayıdacaq. Həftəsonu yeyib-içmələrdə olacaqsız - hamı sizin peşakarlığınızdan, uğurlarınızdan danışacaq. Subayların bəxti açılacaq - həyatınıza rəng qatacaq insanla tanış olacaqsız. Bu, Qoç, Şir və Oxatan bürclərindən birinin nümayəndəsi ola bilər. Uğurlu günləriniz 8, 11, 12 avqust, uğursuz günləriniz isə 9, 10 avqustdur.

 

ƏQRƏB (24 oktyabr - 21 noyabr)

Əqrəblər maddi vəziyyətlərini xeyli yaxşılaşdıracaqlar və bu, onlar üçün tamamilə gözlənilməz baş verəcək. Sizi əlverişli perspektivlər, yaxşılığa doğru dəyişikliklər, məqsəd qoyduğunuz işləri öz xeyrinizə həll etmək imkanları gözləyir. Sevgilinizə daha çox vaxt ayırın, ona romantik anlar yaşadın, axı siz bunu bacarırsız. Subayların torbaları həftəsonu tikiləcək - sizi bəyənən biri sevgi etirafı edə, hətta sizi qaçıra bilər. Çoxdandır almaq istədiyiniz əşya və ya mülk varsa, çəkinmədən alın - bu fürsət bu ay ərzində bir də düşməyə bilər.    Uğurlu günləriniz 9, 10, 13, 14 avqust, uğursuz günləriniz isə 11, 12 avqustdur.

 

OXATAN (22 noyabr - 21 dekabr)

Oxatanlar üçün avqustun ikinci həftəsində görüşlər, səfərlər, ünsiyyət gözlənilir. Tənha Oxatanlar, əvvəllər sizə “yox” deyən əks cins sizin dalınızca düşəcək və sizinlə sevgili olmaq istəyəcək. Lakin o, başa düşəcək ki, sevgi qatarı çoxdan gedib. Odur ki, sizə vaxtında dəyər verməyənlərdən uzaq durmaq məsləhət görülür. Bu yayın son ayının dadını maksimum çıxarın, əgər səyahətə çıxmaq planlarınız varsa, mütləq gerçəkləşdirin. Yorğunluğunuzu çıxarın, çünki qabaqda ağır, amma perspektivli iş günləri gözlənilir. Uğurlu günləriniz 8, 11, 12 avqust, uğursuz günləriniz isə 13, 14 avqustdur.

 

OĞLAQ (22 dekabr - 19 yanvar)

Oğlaq bürclər arasında sədaqəti ilə seçilir və bu həftə bunu partnyoruna sübut edəcək. Həftə içi keçmişdə münasibətdə olduğunuz biri yenidən peyda olacaq və sizi “yoldan çıxarmağa” çalışacaq. Hər şeyə əl atmağa hazır olan o insan hal-hazırda münasibətdə olduğunuz şəxsi qısqandırmağa çalışacaq. Lakin o bilməlidir ki, bu mənasızdır, çünki Oğlaq birini sevdisə, onun ürəyi başqalar üçün qapanır. Həftəsonu hamı işinizdə peşəkar olduğunuzu biləcək - müdiriyyət tərəfindən bonuslar gözlənilir. Uğurlu günləriniz 9, 10, 13, 14 avqustdur, uğursuz günləriniz gözlənilmir.

 

DOLÇA (20 yanvar - 18 fevral)

Bu həftə Dolçalar yeni planlar quracaqlar. Onların həyata keçirilməsinə başlamazdan əvvəl vəziyyəti real qiymətləndirməyə çalışın, planlarınızı həyata keçirməyə qadir olub-olmadığınızı düşünün. Çoxdandır mövcud olan maliyyə çətinlikləri uğurla həll olunacaq, hətta bəzi Dolçalar gəlirlərini əhəmiyyətli dərəcədə artıra biləcəklər. Sevgi münasibətlərinə başlamaq istəyənlər tələsməsinlər - həyatınızın səhvini edə bilərsiniz. Eşq macəraları sizi növbəti həftələrdə gözləyir. Uğurlu günləriniz 8, 11, 12 avqustdur, uğursuz günləriniz gözlənilmir.

 

BALIQLAR (19 fevral - 20 mart)

Həftənin əvvəlində diqqətli olun - tələsik qərarlar verməkdən çəkinin. Hər hansı bir məsələni həll etməkdən əvvəl etibar etdiyiniz insanlarla məsləhətləşmək faydalı olacaq. Pul məsələsində bədxərc olmayın, çünki  kortəbii alışların uğurlu olacağı ehtimalı azdır. Yeni peşəkar imkanlar açılacaq - vaxtında təşəbbüs göstərsəniz, tezliklə mühüm qələbələr qazana biləcəksiz. Həftənin sonu Balıqlar üçün romantik sürprizlər, hədiyyələr vəd edir. Uğurlu günləriniz 9, 13, 14 avqust, uğursuz gününüz isə 12 avqustdur.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Gələn il orta əmək pensiyaları bu qədər olacaq

Xəbər
Bu gün, 17:15

Gələn il "Qaçqınkom"a subsidiya ayrılmayacaq

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Oxşar xəbərlər