top
Bakıda neft hasilatı və ticarətlə məşğul olan Rotşildlərin kontoru
08 avqust 2023, 07:15
- +

Bakıda neft hasilatı və ticarətlə məşğul olan Rotşildlərin kontoru

Rotşildlərin kontoru Bakıda, N.Rəfibəyli küçəsi, 7-də yerləşib. Bina 1899-cu ildə polyak memar Kazimir Skureviç tərəfindən inşa edilib.

6 may 1883-cü il tarixində Bakıda neft hasilatı və ticarəti ilə məşğul olan Rotşild baronları Bakı şəhərində “Xəzər-Qara dəniz neft sənayesi və ticarəti cəmiyyəti”ni qeydiyyatdan keçirmişlər. Bakı şəhərində Rotşildlərin işləri yaxşı getdiyi üçün Cəmiyyətlərinin mərkəzi kontorunun tikintisi zərurəti yaranmışdır. Tikinti üçün Nizami (keçmiş Qubernskaya) küçəsi ilə Murtuza Muxtarov (keçmiş Persidskaya) küçələrinin kəsişməsi seçilir. [https://genprosecutor.gov.az/az/page/prokurorluq/azerbaycan-respublikasi-bas-prokurorlugunun-binasi]

1898-1899-cu illər ərzində neoqotik üslubda inşa olunmuş bina hazır olur. Zirzəmilərlə böyük üçmərtəbəli bina Aleksandr-Nevski Rus Pravoslav Kilsəsinin qarşısında inşa edilmişdir. Binanın tikintisində memar açıq rəngli aqlay üzləmə daşlarından istifadə edir və bu, binaya qeyri-adi görünüş verir. Birinci mərtəbədəki əsas giriş nəhəng sütunlarla bəzədilir. [Fətullayev-Fiqarov Ş. Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəlində. Bakı-2013]

1912-ci ildə Rotşildlər Rusiya İmperiyasındakı bütün müəssisələrini Britaniya-Hollandiya konserni Royal Dutch Shell-ə ​​verdilər və bu səbəbdən sonradan binada Hollandiyanın konsulluğu yerləşdirildi.

Sovet dövründə binada “Mərkəzi Kəndli Evi” yerləşirdi. Binanın fasadının bəzi detalları və dekorasiyası dağıdılmışdır. Məsələn, binanın küncündəki qüllə, əsas girişin üstündə yerləşən balkonun dekorasiyaları və s. Sonralar isə binada Azərbaycan SSR Ali Məhkəməsi yerləşmişdir. [https://azerhistory.com/?p=5160

Hazırda binada Azərbaycan Respublikası Baş Prokurorluğu yerləşir. Tikili dövlət əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

[URIS id=108849]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Xəbər
10 yanvar 2026, 15:32

Abşeronda böyük REYD: 82 dilənçi və 37 motoxuliqan saxlanıldı

Xəbər
10 yanvar 2026, 12:15

İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?

Xəbər
10 yanvar 2026, 11:42

AZAL-ın bələdçisi: "Praqa aeroportunda sərnişin agentə yumruq-təpiklə hücum etdi"

Xəbər
10 yanvar 2026, 11:24

Bu tikintiyə görə sakinlərin işi çətinləşib - "Aptekə belə taksi ilə gedirik"

Xəbər
10 yanvar 2026, 11:05

Axtarışda olan 84 nəfər tutuldu

Oxşar xəbərlər