top
Həftəlik bürclər 1 MAY - 7 MAY
30 aprel 2023, 10:00
- +

Həftəlik bürclər 1 MAY - 7 MAY

QOÇ bürcü


Bu həftə işinizdə və ya şəxsi həyatınızda problemlər yaşana bilər, lakin problemə soyuqqanlı yanaşsanız həllini tez tapacaqsınız. Çərşənbə günündən sonra öz gücünüzə inanmalısınız: qarşınıza həlli çətin olan tapşırıq qoyula bilər. Uğur qazanmaq istəyirsinizsə, təlaşa düşməyin, lazım olsa, yaxın bildiyiniz insandan kömək istəyin. Həftəsonu təsadüfi bir görüş sizin taleyinizə təsir edəcək: Balıq, Qız və Xərçəng bürcündən olan insanlara diqqət yetirin. Uğurlu günləriniz 4, 6 may, uğursuz gününüz isə 1 maydır.

BUĞA bürcü


Bu həftə ərzində həyatınızdakı ən vacib problemi həll etmək fürsəti yaranacaq: bu fürsətdən yararlanın. Həftənin ilk günlərində özünüzü narahat hiss edə bilərsiniz: narahat olmamağa çalışın, həftəsonunda yaxşı xəbərlər alacaqsınız. Ulduzlar pulu sağa-sola xərcləməməyi məsləhət görür: yaxın gələcəkdə xeyir iş üçün pul lazım olacaq. Xaricə səfər etmək və ya orada iş qurmaq imkanınız olacaq. Uğurlu günləriniz 2, 6 may, uğursuz gününüz isə 3 maydır.

ƏKİZLƏR bürcü


Bu həftə cəmiyyətdəki nüfuzunuz artacaq: sizi məşhur edəcək hadisə baş verəcək. Həftəiçi önəmli insanlarla tanış olacaqsınız və onlar sizə uğur qazanmaq üçün imkan yaradacaqlar. Həftəsonu şəxsi həyatınızda dəyişikliklər baş verə bilər: tale iki məsələ arasında seçim tələb edəcək. Ümumiyyətlə, bu dövrdə hansı plan qursanız, mütləq gerçəkləşəcək. Yaxın bir insan sizə çoxdandır gizli saxladığı bir sirri açacaq. Uğurlu günləriniz 5, 7 may, uğursuz gününüz isə 4 maydır.

XƏRÇƏNG bürcü


Uğurunuza paxıllıq edənlər çoxdur: etdiklərinizi ictimailəşdirməyin. Həyatda yeni bir səhifə açmağın vaxtıdır: hamıya “yox” deyə-deyə tənha qala bilərsiniz. Həftə ərzində yaxşı əhvali-ruhiyyədə olacaqsınız: işdə uğurlar qazanacaqsınız. Unutmayın ki, gözəl təbəssümünüz bütün qapıları açan silahınız ola bilər. Gizli düşmənlər üzə çıxacaqlar: kimin kim olduğunu zaman göstərəcək. Maddi durumunuz xeyli yaxşılaşacaq, lakin sizi “soyanlar” də çoxalacaq: “dost” deyə-deyə sizdən istifadə etmək istəyənlər olacaq. Uğurlu günləriniz 1, 2 may, uğursuz gününüz isə 6 maydır.

ŞİR bürcü


Yeni layihə həyata keçirilməyin vaxtı çatıb: sizə inanmayanların sonda paxıllıqdan ürəkləri partlayacaq. Həftənin əvvəlində kiçik problemlər üzə çıxa bilər, amma növbəti günlərdə qara buludlar çəkiləcək və həyatınıza günəş saçacaq. Tənha Şirlər romantik görüşə dəvət ala bilərlər: naz etməyin və təklifi müsbət cavablayın. Həftəsonuna qədər çoxlu işləyəcəksiniz, lakin sonda zəhmətinizin bəhrəsini görəcəksiniz. Uğurlu günləriniz 6, 7 may, uğursuz gününüz isə 4 maydır.

QIZ bürcü


Sizdən oyuncaq kimi istifadə etmək istəyənlər var: özünüzü zəif kimi göstərməyin. Bir müddətdir ki, dostlarınız sizinlə görüşmək istəyirlər, lakin onlara vaxt ayıra bilmirsiniz: aranızda soyuqluq yarana bilər, çünki onlar sizin davranışınızı hörmətsizlik kimi qəbul edə bilərlər. Həftənin ortasında böyük xəbərlər alacaqsınız: bu, sizin aylardır, bəlkə də illərdir gözlədiyiniz vacib məlumat ola bilər. Həftəsonu pulunuzu lazımi yerə yatırım etsəniz, gələcəkdə uğur əldə edəcəksiniz. Uğurlu günləriniz 4, 6 may, uğursuz gününüz isə 1 maydır.

TƏRƏZİ bürcü


Yeni tanışlıqlardan çəkinməyin: bəlkə qarşınıza çıxacaq insan sizin gələcək həyat yoldaşınızdır? Həftə ərzində həyata baxışınızı dəyişəcək hadisə baş verə bilər: ətrafınız yenilənəcək və maraqlı hadisə yaşayacaqsınız. Yeni bir layihəyə başlasanız, nüfuzunuz, pulunuz artacaq. Həftənin sonunda uzun səfərə getməmək yaxşı olar: ailənizlə daha çox vaxt keçirin. Qaniçən qohumlarınıza az fikir verin: heç kimi vecinizə almayın və istədiyinizi edin. Uğurlu günləriniz 1, 2 may, uğursuz gününüz isə 7 maydır.

ƏQRƏB bürcü


Güvəndiyiniz biri sizi məyus edəcək: bununla belə, həftə ərzində yeni işə başlayacaqsınız və uğur qazanacaqsınız. Çoxdandır sizi narahat edən problemi asanlıqla həll edəcəksiniz, bu məsələdə özünüzü sanki bir mələk sizə kömək edirmiş kimi hiss edəcəksiniz. Təhlükəli texniki avadanlıqlardan uzaq durmaq daha yaxşıdır: bədbəxt hadisə baş verə bilər. Sevgiliniz sizdən həmişəkindən daha çox diqqət istəyəcək: soyuq davranış sevgi hekayəsinin sonuna gətirə bilər. Vacib görüşünüz varsa, onu şənbə gününə təyin etməyin. Uğurlu günləriniz 4, 7 may, uğursuz gününüz isə 2 maydır.

OXATAN bürcü


Ağıl və səbirdən istifadə edərək uzun müddət sizi narahat edən məsələnin kökünü tapacaqsınız. İşdə dəyişikliklər olacaq və vəzifəniz yüksələcək: çox adam sevincinizi bölüşsə də, paxıllar da artacaq, üzünüzə gülüb, arxanızca dedi-qodu edənlər də az olmayacaq. Çalışın, heç kimin təsiri altına düşməyin: gülümsəyin və bu, sizə pislik arzulayanlara gözdağı verəcək. Sevgi cəbhəsində yeniliklər gözlənilir: xoşbəxtliyə doğru bir addım da atacaqsınız. Uğurlu günləriniz 3, 7 may, uğursuz gününüz isə 1 maydır.

OĞLAQ bürcü


Halva-halva deyincə ağız şirin olmur: bir işin qulpundan yapışın ki, uğur qazanasınız. Kiminsə qapınızı döyüb sizə köməklik edəcəyini gözləməyin: bu dövrdə işlərinizə yanaşma tərzinizi dəyişməsəniz, gələcəkdə uğursuzluqlarla üzləşəcəksiniz. Həftəsonu həyat sizə bir şans verəcək: kiçik görünən, lakin sonu uğurlu olan bir layihə təklifi alacaqsınız. Sevgiliniz qısqanclıq zəminində sizə unudulmaz bir “tamaşa” quracaq: bu münaqişəni soyuq başla davranaraq həll etməyə çalışın. Uğurlu günləriniz 5, 6 may, uğursuz gününüz isə 7 maydır.

DOLÇA bürcü


Həftə ərzində yeni işə başlayacaqsınız: sizə uğur qazanmağa maneə törədənlər də olacaqlar. Karyeranızı inkişaf etdirməyə vaxt ayırın, gələcəkdə həyatınızı dəyişəcək bir təklif gözlənilə bilər. Həftə ərzində mühüm qərarlar verərkən diqqətli olun: yanlış qərar sizi uçuruma aparacaq, düzgün qərar isə zirvəyə qaldıracaq. Həftəsonu uşaqlıq dostunuzla qarşılaşacaqsınız: xoş söhbət sizə bütün problemləri unutduracaq. Uğurlu günləriniz 3, 6 may, uğursuz gününüz isə 5 maydır.

BALIQLAR bürcü


Bu həftə Balıqlar qəfildən parlaq, maraqlı hadisələr burulğanına düşə bilərlər. Çoxdan gözlənilən mühüm məlumatlar alacaqsınız, fərasətiniz isə sizə bir çox vacib işin öhdəsindən gəlməyə imkan verəcək. Səlahiyyətinizi gücləndirmək üçün səbir və emosional yetkinlik nümayiş etdirməlisiniz. Bir çox planlarınızı reallaşdırmağa başlamaq vaxtıdır. Dünyaya müsbət baxış sizə enerji və uğur bəxş edəcək. Uğurlu günləriniz 1, 7 maydır, uğursuz gününüz gözlənilmir.

Son xəbərlər

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər