top
Həftəlik bürclər 16 YANVAR - 22 YANVAR
15 yanvar 2023, 10:00
- +

Həftəlik bürclər 16 YANVAR - 22 YANVAR

QOÇ bürcü


Həftənin gözlədiyiniz kimi keçəcəyi ehtimalı azdır: qəfildən planlaşdırılmamış işlər çıxacaq. Həftənin əvvəli maliyyə məsələlərinin həlli, eləcə də alış-veriş etmək üçün münasib vaxtdır. Həftəsonu çoxdandır görmədiyiniz insanla qarşılaşacaqsınız. Bu görüş sizin üçün çox emosional keçəcək. Uğurlu günləriniz 20, 22 yanvar, uğursuz gününüz isə 17 yanvardır.

BUĞA bürcü


İşdə problemlər ola bilər, lakin ümumilikdə həftə yaxşı keçəcək. Qərar verməkdə tələsməmək tövsiyə olunur. Yerinə yetirə biləcəyinizə kiçik şübhəniz belə varsa, üzərinizə heç bir ciddi öhdəlik götürməməyə çalışın. Həftə yaxınlarınız, dostlarınızla ünsiyyət və romantik görüşlər üçün əlverişli olacaq. Səfərlər yaxşı keçəcək, xüsusən də sevdiyiniz insanla yola çıxsanız. Həftəsonu gözlənilməz hədiyyələr, xoş sürprizlər mümkündür. Uğurlu günləriniz 16, 21 yanvar, uğursuz gününüz isə 19 yanvardır.

ƏKİZLƏR bürcü


Həftənin əvvəli nə ilə məşğul olsanız da, unutmayın ki, tez bir zamanda uğur qazana bilməyəcəksiniz: çətinliklər heç gözləmədiyiniz yerdə yarana bilər. Amma siz səbr etməli və əlbəttə ki, başladığınız işdən əl çəkməməlisiniz, çünki nəticəsi çox gözəl və uğurlu olacaq. Həftəsonu birinci yarıdan daha uğurlu olacaq, daha çox imkanlar açacaq: maaş artımı və ya pul qazanmaq imkanınız ola bilər. Uğurlu günləriniz 17, 20 yanvar, uğursuz gününüz isə 16 yanvardır.

XƏRÇƏNG bürcü


Həftəni gözləmədiyiniz xəbərlə açacaqsınız: çoxdandır çözə bilmədiyiniz məsələ həllini tapacaq. Çöldə çalışın heç kimin “quyruğuna” basmayın, yoxsa dava qaçılmaz olacaq. Həftənin çərşənbə və cümə axşamı günləri ulduzlar sizə xoş sürprizlər hazırlayır. Həmin günlər ən çox da evdə qalmış qızlar üçün düşərli olacaq. Subay oğlanların bəxti açılacaq: nəqliyyat vasitəsində olarkən bir xanımla tanış olacaqsınız. Həmin xanım sizin yarınız olacaq və sizi dünyanın ən xoşbəxt insanı edəcək. Uğurlu günləriniz 18, 19 yanvar, uğursuz gününüz isə 20 yanvardır.

ŞİR bürcü


Həftənin əvvəlini macəra ilə açacaqsınız, hər şey isə taksidə başlayacaq. Ola bilsin, kiçik bir tanışlıq böyük sevgi romanına çevrilsin. Ehtimal var ki, həmcinsinizlə dava edəsiniz, lakin düşmənçiliklə başlayan münasibət sonda dostluğa çevriləcək. Lotereyada cekpot qazanmaq, böyük pullara sahib olmaq, hətta müdir vəzifəsinə keçmək şansınız yüksəkdir. Həftəsonu diqqətli olun: Balıq, Xərçənq və ya Tərəzi bürcünün qazdığı quyuya düşə bilərsiniz. Ətrafınızda sizə paxıllıq çəkənlər artacaq. Uğurlu günləriniz 19, 21 yanvar, uğursuz gününüz isə 22 yanvardır.

QIZ bürcü


Həftə ərzində ətrafınızdakı insanlarla ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq. İşdə münaqişələr istisna edilmir. Bu da başladığınız işin öhdəsindən vaxtında gəlməyə mane ola bilər. Bununla belə, heç bir ciddi problem olmayacaq, sonda hamı sizin doğru olduğunuzu anlayacaq və sizdən üzr istəyəcək. Həftənin ikinci yarısı uğurlu olacaq: gələcəkdə həyata keçirmək istədiyiniz planlar üzərində işləyəcəksiniz. Köhnə dostunuzla görüşəcəksiniz. O, sizə xaricə səyahət etmək və ya biznes qurmaq təklifini edə bilər. Uğurlu günləriniz 16, 22 yanvar, uğursuz gününüz isə 17 yanvardır.

TƏRƏZİ bürcü


Həftə şəxsi münasibətlər baxımından əlverişli olacaq. Köhnə tanışlarla və ruhən sizə yaxın olan digər insanlarla ünsiyyət üçün əlverişli zamandır. Mübahisə etdiyiniz insanlarla barışacaqsınız, dostlarınızın niyə belə hərəkət etdiyini başa düşəcəksiniz. Ulduzlar həftənin çərşənbə günü xoş tanışlıqlar vəd edir. Çoxdandır istədiyiniz vəzifəyə sahib olacaqsınız: sevinənlər çox olsa da, paxıllar da az olmayacaq. Sizin ağlınız, kreativliyiniz çox insanı qıcıqlandırır: onlar sizin arxanızca işlər görür, sizi pisləməyə çalışırlar. Lakin unutmayın, “it hürər, karvan keçər”: heç kim sizin uğurunuzu əlinizdən ala bilməyəcək. Uğurlu günləriniz 17, 18 yanvar, uğursuz gününüz isə 16 yanvardır.

ƏQRƏB bürcü


Bu həftənin ən uğurlu bürcü siz seçilmisiniz: uğur həftəiçi sizi təqib edəcək. Ən əsas da işsiz olanların bəxti açılacaq: arzu etdiyiniz işə sahib olacaqsınız. Sevgi cəbhəsində də “partlayış” olacaq: nağıllara düşəcəksiniz, şahzadə ilə qarşılaşacaqsınız və zadəgan həyatı yaşayacaqsınız. Həftəsonu çoxdandır gözlədiyiniz xəbəri eşidəcəksiniz və sevinc göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Uğurlu günləriniz 21, 22 yanvardır, uğursuz gününüz gözlənilmir.

OXATAN bürcü


Həftə işgüzar danışıqlar, müttəfiqləriniz kimi görmək istədiyiniz insanlarla ünsiyyət üçün münasib olacaq. Yaxşı təəssürat yarada biləcəksiniz, ideyalarınızdan elə danışacaqsınız ki, onlara heç kim biganə qalmayacaq. Köhnə tanışlardan xoş xəbərlər gələ bilər: bir vaxtlar əməkdaşlıq etdiyiniz insanlar sizə yeni iş təklifi edə bilərlər. Bu ay toy etmək istəyənlər ən xoşbəxt ailəyə sahib olacaqlar. Həftəsonu subay oğlanlar diqqətli olmalıdırlar, çünki lazımsız tanışlıq sizin üçün baha başa gələ bilər: əks cins başınızı bişirib sizi “sağacaq”. Uğurlu günləriniz 16, 18 yanvar, uğursuz gününüz isə 20 yanvardır.

OĞLAQ bürcü


Həftəni xoş sürprizlə açacaqsınız: bu, maddi hədiyyə, yeni iş təklifi və ya çoxdan gözlədiyiniz bir insanla qarşılaşma ola bilər. Sevgi cəbhəsində tufan ola bilər: sevgilinizin qısqanclığı sizi bezdirə bilər, bu isə münaqişəyə yol açacaq. Lakin burada Oğlaqın günahı yoxdur, çünki onun cazibədarlığı çox insanın diqqətini çəkir. Ev və ya avtomobil almaq istəyənlər diqqətli olmalıdırlar: ola bilər ki, qarşınıza fırıldaqçılar çıxsın. Maliyyə işlərini gələn həftəyə saxlayın. Uğurlu günləriniz 19, 22 yanvar, uğursuz gününüz isə 21 yanvardır.

DOLÇA bürcü


Bu həftə Dolçanı qəzəbləndirməyin, çünki əks halda onun qisası çox ağır olacaq. Həftənin əvvəlində siz əsəb keçirəcəksiniz: bir tərəfdən qısqanc sevgiliniz, digər tərəfdən maliyyə problemləri, o biri tərəfdən isə işinizdə münaqişələr sizə rahat yaşamağa imkan verməyəcək. Lakin həftəiçi bütün problemlər həll olunacaq və hətta gözləmədiyiniz uğura imza atacaqsınız. Subay Dolçalar, münasibətə hazırlaşın: sevgi tufan kimi sizin həyatınıza daxil olacaq. Uğurlu günləriniz 17, 18 yanvar, uğursuz gününüz isə 16 yanvardır.

BALIQLAR bürcü


Balıqların bu həftə işləri istədiyi kimi getməyə bilər: həftənin ortasına kimi sizi təqib edəcək maneələr olacaq. Evli Balıqlar, diqqətli olun, ağlınızı başdan alacaq bir nəfər həyatınıza daxil olacaq. Lakin sədaqətli olsanız, o insan özü sizin həyatınızdan çıxacaq. Maddi durumunuz yaxşılaşa bilər: müdiriyyət tərəfindən bonuslar olacaq. Uğurlu günləriniz 16, 22 yanvar, uğursuz gününüz isə 19 yanvardır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər