top
Həftəlik bürclər 19 DEKABR - 25 DEKABR
18 dekabr 2022, 10:00
- +

Həftəlik bürclər 19 DEKABR - 25 DEKABR

QOÇ bürcü


İşinizdə uzun müddətdir əldə edə bilmədiyiniz nəticələr, yarımçıq qalmış məsələlər bu həftə həll olunacaq. Sevgiliniz sizinlə manipulyasiya edəcək və cibinizdə olan pulunuzun “başına daş qoyacaq”. Dostlarınızla problem yaşamaqdan ehtiyatlanın: sözünüz çəp düşə bilər. Təmkinli olun, reaksiya verməyin, sakitcə öz mövqeyinizi izah edin. Subaylar bu həftə ehtiyatlı olmalıdırlar: qarşınıza üzü mələk, içi şeytan biri çıxacaq. Çalışın, əks cinsin toruna düşməyin. Uğurlu günləriniz 21, 25 dekabr, uğursuz gününüz isə 20 dekabrdır.

BUĞA bürcü


Bu həftə şəxsi həyatınızda, münasibətlərinizdə gözəl hadisələrlə qarşılaşacaqsınız. Lakin keçmişi unuda bilməyənlər üçün xoş olmayan anlar yaşana bilər. Yeni münasibətə başlayanlar, keçmişinizi silin və unudun, bir əlinizdə iki qarpız tuta bilməyəcəksiniz. Həftəsonu dərin cibləri olan şalvar geyinin: pullar göydən töküləcək. Uğurlu günləriniz 19, 24 dekabr, uğursuz gününüz isə 22 dekabrdır.

ƏKİZLƏR bürcü


Həftənin əvvəlində gözlənilməz hadisələrlə qarşılaşa bilərsiniz. Zərər görməmək üçün yanınızda güvəndiyiniz insanlar olmalıdır. Sağlamlıq problemlərinə lazımi diqqət yetirməyi unutmayın: köklükdən, allergiyadan və dəri xəstəliklərindən əziyyət çəkənlər mütləq müayinədən keçməlidirlər. Maddi durumunuzu yaxşılaşdırmaq üçün şansınız olacaq. Həmin şansdan yararlana bilsəniz, karyera yüksəlişi və ya maaş artımı gözləyə bilərsiniz. Uğurlu günləriniz 23, 25 dekabr, uğursuz gününüz isə 24 dekabrdır.

XƏRÇƏNG bürcü


Bu həftə köhnə sevgiliniz həyatınıza daxil olacaq və sizinlə yenidən münasibət qurmaq istəyəcək. Lakin unutmayın ki, sınmış badəni yapışdırsanız da, o, əvvəlki kimi olmayacaq. Həftənin ortasında sizi şoka salacaq xəbərlə üzləşəcəksiniz. Bu xəbəri, bəlkə də, çoxdan gözləyirdiniz. Həftəsonu səyahətə çıxmaq təklifi ala bilərsiniz. Uğurlu günləriniz 19, 24 dekabr, uğursuz gününüz isə 25 dekabrdır.

ŞİR bürcü


İş həyatınız sizi hər tərəfdən küncə sıxışdırsa da, bu həftə qəfəsdən çıxa biləcəksiniz. Subaysınız, evlənmək barədə fikriniz yoxdur, lakin bu həftə fikrinizi dəyişməli olacaqsınız. Qarşınıza sizin gələcək həyat yoldaşınız çıxacaq: təsadüfi tanışlıqla başlayacaq münasibət toyla bitəcək. Özünüzə vaxt ayırmağa, dincəlməyə çalışın: şopinq, ya da dostlarla görüş sizin üçün çox faydalı olacaq. Uğurlu günləriniz 20, 25 dekabr, uğursuz gününüz isə 19 dekabrdır.

QIZ bürcü


Bu həftə maddi durumunuza fikir verin, bədxərc olmayın, lazımsız yerə pul xərcləməyin. Həftəiçi planlarınızda olmayan bir təklif alacaqsınız: bu, ya işlə, ya da şəxsi həyatınızla əlaqədar olacaq. Həftəsonu qəfil bir hadisə sizin üçün yeni həyatın qapısını açacaq. Subay qızların bəxti açılacaq: qarşınıza romantik, əxlaqlı, ağıllı iş adamı çıxacaq. Əgər Şir, Oğlaq, ya da Balıqlar bürcü sizin tərəf müqabilinizdirsə, o zaman onlardan dəyərəli hədiyyə gözləyin. Uğurlu günləriniz 22, 24 dekabr, uğursuz gününüz isə 21 dekabrdır.

TƏRƏZİ bürcü


Bitirməyini düşündüyünüz işləri, indiyə qədər sizi çətinə salan məsələləri başa vurmaq və onları zibil qutusuna atmaq üçün əsl vaxtdır. Yeni həyata başlayın, özünüzdə dəyişikliklər edin, həyatınızdan lazımsız insanları silin, ürəyinizcə olmayan işdən çıxın və arzu etdiyiniz işlə məşğul olun. Həftəsonu çətin bir məsələ ilə üzləşəcəksiniz, lakin sizin dostlarınız sizi dar gündə qoymayacaqlar. Sevgi cəbhəsində uğursuzluqla qarşılaşırsınız, lakin narahat olmayın, xoşbəxt günlər qabaqdadır. Uğurlu günləriniz 23, 25 dekabr, uğursuz gününüz isə 24 dekabrdır.

ƏQRƏB bürcü


Üzr istəməyi hər kəs bacarmır, amma heç olmasa, səhvini düzəltmək istəyir: bu həftə küsülü olduğunuz bir insanla barışacaqsınız. Həftəsonu ağılsız qərarlar verə bilərsiniz. Mütləq mütəxəssislərlə məsləhətləşin, yoxsa bir səhv həyatınızı param-parça edər. Maddi durumunuz xeyli yaxşılaşacaq: üzərinizə götürdüyünüz işi təhvil verəcəksiniz və müdiriyyət tərəfindən mükafatlandırılacaqsınız. Uğurlu günləriniz 19, 24 dekabr, uğursuz gününüz isə 23 dekabrdır.

OXATAN bürcü


Sosial həyatınızda qəfil dəyişikliklər olacaq və bu sizi bir az qorxudacaq. Lakin sizin üçün faydası çox olacaq: həyatınızda yeniliklər baş verəcək. Sevgi münasibətlərinizdə soyuqluq yarana bilər, bu da sizin günahınızdır, çalışın, ikinci yarınıza daha çox vaxt ayırın. Uzaq qohumunuzdan maraqlı təklif alacaqsınız. Bu təkliflə razılaşsanız, maddi durumunuz xeyli yaxşılaşacaq. Uğurlu günləriniz 23, 24 dekabr, uğursuz gününüz isə 19 dekabrdır.

OĞLAQ bürcü


Xoşbəxt olmağa çox yaxınsınız: etməli olduğunuz tək şey bir addım atmaqdır. Bu addım üçün şansınız olacaq. Karyeranızda dəyişikliklər olacaq: yaxşı işçi olduğunuz üçün sizə yeni vəzifə verilə bilər. Sevgilinizlə romantik anlar yaşayacaqsınız. Səyahətə çıxa bilərsiniz, ya da şəhərdən kənarda gözəl vaxt keçirmək şansınız olacaq. Həftəsonu sizdən borc istəyəcəklər, versəniz, o pulu “sürünə-sürünə” geri alacaqsınız. Uğurlu günləriniz 20, 23 dekabr, uğursuz gününüz isə 21 dekabrdır.

DOLÇA bürcü


Bu həftə iş yoldaşlarınızla bəzi gərginliklər yarana bilər: ofisdəki söz-söhbətlərdən uzaq durun, başınızı əngələ sala bilərlər. Həftənin əvvəlində işlə bağlı anlaşma imzalamaqdan çəkinin. Bu aralar uzaq məsafəli bir səfər üçün təcili çamadanınızı toplamalısınız. Səhhətinizdə bel, böyrək, sümüklərlə bağlı bəzi həssaslıqlar meydana gələ bilər. Uğurlu günləriniz 20, 21 dekabr, uğursuz gününüz isə 25 dekabrdır.

BALIQLAR bürcü


Bu həftə romantika ön planlarınızda olacaq: yalnızsızsa, yeni sevgi axtarırsınızsa, bu həftə tam sizin üçündür. İş yoldaşlarınız işdən sonra harasa dəvət etsələr, mütləq qəbul edin: münasibətlərinizi daha da möhkəmləndirəcəksiniz. Maddi vəziyyətiniz düzəlməyə doğru gedəcək, qazancınız təxminən ikiqat artacaq. Karyeranızla bağlı dəyişikliklər etmək istəyirsinizsə, özünüzə əmin olun. Yaxın zamanda sizi uğur və yüksəliş gözləyə bilər. Uğurlu günləriniz 24, 25 dekabr, uğursuz gününüz isə 23 dekabrdır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər