QOÇ bürcü
Bu həftə intuisiyanıza güvənin: o, sizə necə uğur qazana biləcəyinizi deyəcək. Çərşənbə axşamı çox gərgin gün keçəcək və xırda şeylərə görə belə əsəbiləşə bilərsiniz. Həftəsonu isə həyatdan həzz alacaqsınız və yaxın insanlarla gözəl vaxt keçirəcəksiniz. 31 dekabr günü elə gözəl xəbər alacaqsınız ki, sevincinizdən gözləriniz dolacaq. Uğurlu günləriniz 28, 31 dekabr, uğursuz gününüz isə 27 dekabrdır.
BUĞA bürcü
Həftənin əvvəlində planlarda müəyyən məcburi dəyişikliklər mümkündür. Ancaq təşvişə düşməməlisiniz, çünki tezliklə qarşınızda yeni imkanlar açılacaq. Maraqlı insanlarla görüşlər baş tutacaq. Bu görüşlər biznes açmaq istəyənlər üçün faydalı olacaq. Cümə axşamı bir anda bir neçə gəlir mənbəyi əldə etmək imkanınız olacaq. Şənbə günü qiymətli hədiyyə alacaqsınız. Uğurlu günləriniz 27, 30 dekabr, uğursuz gününüz isə 26 dekabrdır.
ƏKİZLƏR bürcü
Bu həftə xəyal qurduğunuz və arzu etdiyiniz məsələ çin olacaq. Xüsusilə maliyyə sahəsində şanslı olacaqsınız. Ulduzlar Əkizlər üçün yaxşı qazanc gətirəcək və Yeni il ərəfəsində bütün istəkləri yerinə yetirməyə kömək edəcək. Yeni il sizin üçün düşərli olacaq. Ən çox da subayların bəxti gətirəcək. Bürcün ev almaq arzusunda olan nümayəndələrinin istəyi yerinə yetiriləcək. Uğurlu günləriniz 31 dekabr, 1 yanvar uğursuz gününüz isə 29 dekabrdır.
XƏRÇƏNG bürcü
2022-ci ilin sonu Xərçəngə çoxlu faydalı tanışlıqlar gətirəcək: bu tanışlıqlar ilk növbədə biznes sektoruna aid olacaq. Bundan əlavə, sizi narahat edən məsələlər Yeni ildə həll olunacaq. Xəstə olanlar mütləq şəfa tapacaqlar. Maddi durumunuzun yaxşılaşacağı gözlənilir: gəlirli iş tapacaqsınız. Uğurlu günləriniz 26 dekabr, 1 yanvar uğursuz gününüz isə 30 dekabrdır.
ŞİR bürcü
Bu həftə sizin üçün düşərli olacaq: ilin sonunda arzularınız çin olacaq, maddi durumunuz yaxşıya doğru dəyişəcək. İl boyunca yaxşı işçi olmusunuz, hamının qayğısına qalmısınız. Buna görə ulduzlar sizə hədiyyələr hazırlayıb və yaxın günlərdə onlardan faydalana biləcəksiniz. Sevgi cəbhəsində də uğura imza atacaqsınız: qarşınıza yaraşıqlı, imkanlı və əliaçıq bir şəxs çıxacaq. Uğurlu günləriniz 27, 30 dekabr, uğursuz gününüz isə 28 dekabrdır.
QIZ bürcü
Bu həftə romantik macəralara hazır olun. Əks cinsdən birini bəyənmisinizsə, təşəbbüsü ələ almaq və həmin şəxsi görüşə dəvət etmək vaxtıdır. Ulduzlar bu addımınıza peşman olmayacağınıza zəmanət verir. Bundan əlavə, 2022-ci ilin son həftəsində ciddi münasibətə addım atan Qız bürcü gələcəkdə xoşbəxt olacaq. Müdiriyyət tərəfindən mükafatlandırılacaqsınız. Uğurlu günləriniz 28, 31 dekabr, uğursuz gününüz isə 26 dekabrdır.
TƏRƏZİ bürcü
Keçən aylarda əksər Tərəzilər yorğunluqdan, işdə gərgin münasibətlərdən, çətinliklərdən bezmişdilər. Astroloqlar 2023-cü ilin Tərəzilərə düşərli olacağını deyirlər. Siz, nəhayət, keçmişdəki neqativ halları geridə qoyub cəsarətlə yeni qələbə və nailiyyətlərə doğru irəliləyə biləcəksiniz. Həmçinin şəxsi həyatınızda da xoş dəyişikliklər gözlənilir. Uğurlu günləriniz 26, 31 dekabr, uğursuz gününüz isə 27 dekabrdır.
ƏQRƏB bürcü
Uzun müddətdir ki, Əqrəb bürcünün bəxti gətirmirdi. Lakin Yeni il sizə bol-bol şanslar vəd edir: il boyu yaradıcı işlərlə məşğul ola və karyeranızda irəli gedə biləcəksiniz. Sevgi istəyənlər üçün ilin ikinci yarısı sürprizlərlə dolu olacaq. Xüsusilə 2023-cü il səhhətlərində problem olanlar üçün düşərli olacaq: hər şey qaydasına düşəcək. Uğurlu günləriniz 26, 31 dekabr, uğursuz gününüz isə 27 dekabrdır.
OXATAN bürcü
Yeni ildə heç kim Oxatan qədər şanslı ola bilməyəcək: bu bürcün nümayəndələri ilin ən xoşbəxti olacaq, sevincli xəbərlər alacaq və çoxlu pul qazanacaqlar. Yeni ildə həm sevgidə, həm də karyeranızda bəxtiniz gətirəcək. Oxatanlar 2023-cü ildə nə ilə məşğul olacaqlarını seçəcəklər: bu, tanış fəaliyyət sahəsi, yeni bir peşə və ya rahat yaşayaraq gəlir əldə etməyinizə şərait yaradacaq sevimli hobbi ola bilər. Uğurlu günləriniz 29 dekabr, 1 yanvar, uğursuz gününüz isə 28 dekabrdır.
OĞLAQ bürcü
Oğlaqları bu həftə karyeralarında sürətli irəliləyiş gözləyir. Ola bilsin ki, bu bürcün bir çox nümayəndələri öz fəaliyyət sahələrini dəyişsinlər, təhsil alsınlar, sərfəli tərəfdaşlıq təklifindən yararlansınlar və öz bizneslərini açmaq qərarına gəlsinlər. Həftəsonu lotereyada qalib gəlmək üçün bol şansınız olacaq. Qarşıdan gələn 2023-cü ildə isə gözlənilməz miras alacaqsınız. Uğurlu günləriniz 28, 31 dekabr, uğursuz gününüz isə 29 dekabrdır.
DOLÇA bürcü
2023-cü ildə karyeranızda peşəkar səviyyəyə çatacaqsınız və ciddi status qazanacaqsınız. Xüsusilə də onlayn platformalarda işləyən və sosial şəbəkələrdə hər hansı bir iş üzərində çalışan Dolçalar bu il yüksəlişə hazır olmalıdırlar. Həftəsonu küsülü olduğunuz bir insanla barışacaqsınız. Şənbə günü gözlənilməyən xoş hadisələrə hazır olun. Uğurlu günləriniz 27 dekabr, 1 yanvar, uğursuz gününüz isə 26 dekabrdır.
BALIQLAR bürcü
Balıqlar 2023-cü ildə yeni uğurlar əldə edəcəklər. Xüsusilə də 1 fevral və 10 mart tarixlərinə diqqət edin: o zaman uzun illərdir qurduğunuz xəyal gerçəkləşə bilər. Həftəsonu pulların içində üzəcəksiniz: gözləmədiyiniz yerdən böyük gəlir qazanacaqsınız. Uşaq arzusunda olanların üzü güləcək: 2023-cü ildə həyatınıza kiçik mələk daxil olacaq. Uğurlu günləriniz 30, 31 dekabr, uğursuz gününüz isə 28 dekabrdır.