top
Həftəlik bürclər 27 FEVRAL - 5 MART
26 fevral 2023, 10:00
- +

Həftəlik bürclər 27 FEVRAL - 5 MART

QOÇ bürcü


Qoç üçün həll olunmayan heç bir problem yoxdur. Qoç bürcü istənilən situasiyanı həll edib irəliyə doğru yollarını kəsməyi bacarır: bu həftə bütün planınız uğurla sonlanacaq. Həftəiçi həyatınıza Qız və ya Dolça bürcünün nümayəndəsi daxil olacaq: fırtına kimi həyatınızı qarma-qarışıq edəcək. Lakin narahat olmayın: siz o insandan xeyir görəcəksiniz. Uğurlu günləriniz 1, 4 mart, uğursuz gününüz isə 28 fevraldır.

BUĞA bürcü


Buğa çox mehriban xasiyyətinə, hamı ilə açıq olduğu üçün insanlar ondan istifadə edəcəklər. Başınızı bişirib sizə hesab ödətdirə və ya borca pul götürüb, itə bilərlər. Həftəiçi sevgilinizlə gərgin münasibətə girəcəksiniz: işinizdə aylardır saxladığınız kini onun üzərinə tökəcəksiniz. Maddi durumunuz xeyli yaxşılaşacaq: çalışın, balışınızın altına pul qoyun, çünki gələcəkdə sizi böyük proyektlər gözləyir. Uğurlu günləriniz 27 fevral, 2 mart, uğursuz gününüz isə 3 martdır.

ƏKİZLƏR bürcü


Bu həftə siz asanlıqla həyatınızı rahatlaşdıra bilərsiniz. Böyük bir zibil torbası götürün və içinə bütün problemləri, uğursuzluqları, lazımsız insanları, sizə paxıllıq edən dostları süpürüb atın. Bəlkə də sizin kimi ağıllı bir bürc yoxdur, lakin siz özünüzə ya güvənmirsiniz, ya da öz gücünüzün nəyə qadir olduğunu bilmirsiniz: “Xoşbəxt həyat” adlanan kitabın yeni səhifəsini yazmaq vaxtıdır. Uğurlu günləriniz 28 fevral, 5 mart, uğursuz gününüz isə 1 martdır.

XƏRÇƏNG bürcü


Xərçəng, heç vaxt təslim olma! Heç kimə qulaq asmadan, ayaqlarınızın altına baxmadan öz arzunuz dalınca gedin. Bu həftə ulduzlar uğuru sizə bəxş edib: hər bir işiniz sizin istədiyiniz kimi gedəcək. Subaylar, ah, subaylar, nə vaxta kimi tənha qalacaqsınız? Münasibətə girmək vaxtıdır, yoxsa “sonra, sonra” deyib evdə qalacaqsınız. Həftəsonu kiçik, lakin çox dəyərli sürprizə hazır olun: yaxın bir insan sizi sevindirəcək. Uğurlu günləriniz 4, 5 mart, uğursuz gününüz isə 2 martdır.

ŞİR bürcü


Bu həftə bəlkə də sizin ən xoşbəxt günlərinizdən biri olacaq: həyatınızda dəyişikliklər baş verəcək. Bu dəyişikliklər şəxsi həyatınızla bağlı olacaq: nişanlanmaq və ya toy etmək şansınız böyükdür. Həftəsonu pulun içində üzəcəksiniz: yaxın dost, tanış, qohum-əqraba sizə pul hədiyyə edəcək. Sizin xoş gününüzdə sarışın, göy-göz Dolça bürcünün nümayədəsi olan bir insan iştirak edəcək: ona dəyər verin. Uğurlu günləriniz 3, 5 martdır, uğursuz gününüz gözlənilmir.

QIZ bürcü


Xoşbəxt adam hər şeyə sahib olan deyil, sahib olduqları ilə kifayətlənəndir. Lakin sizin “gözünüz doymur”: həyatınıza məqsədlər qoyun və onlara çatınca siz xoşbəxt olacaqsınız. Sevgi cəbhəsində böyük dəyişikliklər olacaq: nifrət etdiyiniz və ya xoşunuza gəlməyən bir insanla yaxın münasibətə girəcəksiniz. Həmin insan sizə dayaq və yoldaş olacaq. Uğurlu günləriniz 1, 2 mart, uğursuz gününüz isə 4 martdır.

TƏRƏZİ bürcü


Uzun səfərlər üçün əlverişli həftədir: arzu etdiyiniz ölkəyə gedin və həyatın kefini çıxarın. Şəxsi həyatında problemi olanların bəxti açılacaq: Tıq-tıq xanım axır ki, özünə yoldaş tapacaq. Düşmənləriniz sakit durmur, sizə quyu qazırlar, lakin onlar bilmirlər ki, sonda özləri ora düşəcəklər. “Pul, pul” deyincə cibiniz dolmayacaq: yeni proyektlərə əl atın, mütləq sonu uğurlu olacaq. Uğurlu günləriniz 28 fevral, 4 mart, uğursuz gününüz isə 2 martdır.

ƏQRƏB bürcü


Fırıldaqçılıq təcrübəsi üçün əla həftədir: istədiyiniz hər kəsi inandıra biləcəksiniz. Öz məqsədinizə çatmaq üçün kiçik yalanlardan istifadə edə bilərsiniz. Sevdiyiniz bir insan sizə maraqlı sirr açacaq: şoka düşəcəksiniz. Həftəsonu müzakirə obyekti olacaqsınız: hamı sizin haqqınızda danışacaq. Uğurlu günləriniz 27 fevral, 5 mart, uğursuz gününüz isə 1 martdır.

OXATAN bürcü


Bu həftə siz özünüzə daha çox güvənməlisiniz. Çoxdandır xoşunuza gələn insana hissləriniz haqda deməkdən çəkinməyin: uzatsanız, gecikəcəksiniz və onun həyatına başqası girəcək. Ayın sonuna kimi təcili həll edilməli olan vacib məsələlərə vaxt ayırın. Maddi durumunuzda sıxıntılar olmayacaq, qazandığınız halal pulları ürəklə xərcləyin. Uğurlu günləriniz 3, 5 mart, uğursuz gününüz isə 4 martdır.

OĞLAQ bürcü


Həftənin əvvəlində Oğlaqlar sakit və pozitiv olmalıdır. Başınıza gələcək xoş hadisələr sizi enerji ilə dolduracaq. Subayların bu həftə sevgi cəbhəsində bəxti gətirməsə, maddi durumları çox yaxşı olacaq: maaşlarınızda artım gözlənilə bilər. Son günlər çox işləyirsiniz, enerjiniz tükənib: həftəsonu əylənmək, səmimi görüşlər keçirmək və ya səfərlər etmək sizə çox yaxşı təsir edəcək. Uğurlu günləriniz 1, 2 mart, uğursuz gününüz isə 28 fevraldır.

DOLÇA bürcü


Son vaxtlar partnyorunuzu çox sıxırsınız: boş-boş qadağalar, yersiz qısqanclıq və tələblər sizin üçün heç də xoş qurtarmaya bilər. Bu cür hərəkətlər onu sizdən uzaqlaşdıracaq. Qısa zamanda çoxsaylı görüşləriniz və maraqlı layihələriniz olacaq. Həftəsonu kapitalınız böyüyəcək: bu pulları düzgün istiqamətə yönəltsəniz, uğur qazanacaqsınız. Uğurlu günləriniz 2, 3 mart, uğursuz gününüz isə 27 fevraldır.

BALIQLAR bürcü


Balıqlar bu həftə bulanıq sudan çıxıb okeanın ən təmiz sularına qərq olacaqlar. Toksik insanlar sizdən uzaqlaşacaqlar və ətrafınız uzun müddətdən sonra su kimi saf və təmiz olacaq. Həftəsonu xeyir işə dəvət ala bilərsiniz. Unutmayın ki, xoşbəxtlik pulda deyil, sizin iştirakınız belə yetərlidir. İşgüzar səfərlər yaxşı keçəcək, bəzi Balıqlar üçün karyeranın yeni mərhələsinin başlanğıcı olacaq. Uğurlu günləriniz 1, 5 mart, uğursuz gününüz isə 28 fevraldır.

 

Son xəbərlər

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər