QOÇ bürcü
Bu həftə yaxın gələcəyə təsir edəcək qərarlar qəbul etməli olacaqsınız. Sağlamlığınıza fikir verin, istirahət üçün daha çox vaxt ayırın. Sevgisiz qala bilməyən Qoçun həyatına bir nəfər daxil olacaq. Onun əlindən bərk tutun və heç yerə buraxmayın. Uğurlu günləriniz 1, 4 dekabr, uğursuz gününüz isə 28 noyabrdır.
BUĞA bürcü
Bu həftə pulunuza qənaət edin, xərcləri əvvəldən planlaşdırın. Təsadüfi tanışlıq sizin həyatınızı 180 dərəcə dəyişə bilər. Əks cinsin nümayəndəsi sizə romantik anlar yaşadacaq. Uğurlu günləriniz 28, 30 noyabr, uğursuz gününüz isə 29 noyabrdır.
ƏKİZLƏR bürcü
Uzun məsafəli səfərləri ləğv etmək məsləhətdir, çünki indi səyahət üçün uyğun vaxt deyil. Risklə qarşılaşa biləcəyiniz işlərinizi də gələn həftəyə saxlayın. Münasibət qurmaq istəməyən Əkizlər, bəlkə tərpənmək vaxtıdır? Çəkinməyin, sevmək və sevilməyin əsl zamanıdır. Uğurlu günləriniz 1, 2 dekabr, uğursuz gününüz isə 30 noyabrdır.
XƏRÇƏNG bürcü
Bu həftə qaçaqaçda olacaqsınız, vacib işləri həll edəcəksiniz, lakin sonda bəhrəsini görəcəksiniz. Romantik olmağa çalışın, hisslərinizi göstərin, soyuq olub insanları özünüzdən uzaqlaşdırmayın. Bir dostunuz var, o, sizi sevir, amma siz ona fikir vermirsiniz. Həftəsonu uğurlu iş birliyi quracaqsınız. Uğurlu günləriniz 3, 4 dekabr, uğursuz gününüz isə 28 noyabrdır.
ŞİR bürcü
Bu həftə yaddaqalan olacaq: bir tərəfdən rəhbərlik, digər tərəfdən sevgiliniz sizi darıxmağa qoymayacaq. İşinizdə yeni ideyalar verməkdən çəkinməyin. Onlar mütləq bəyəniləcək və karyeranızda yüksəlməyə təkan olacaq. Sevgilinizi qısqandırmayın, yoxsa bunun sonu pis nəticələnə bilər. Həftəsonu əlinizə külli miqdarda pul keçəcək. Uğurlu günləriniz 28 noyabr, 3 dekabr, uğursuz gününüz isə 4 dekabrdır.
QIZ bürcü
Yeni tanışlıqlarla bol həftə olacaq: bu tanışlıqlardan yararlanmağa çalışın, çünki gələcəkdə uğurlu iş birliyiniz ola bilər. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır, riskli işlər varsa, mütləq gerçəkləşdirin, bütün işləriniz alınacaq! Çoxdan bəyəndiyiniz bir insana sevgi etirafı edin. Qorxmayın, “yox” cavabı almayacaqsınız. Uğurlu günləriniz 30 noyabr, 1 dekabr, uğursuz gününüz isə 2 dekabrdır.
TƏRƏZİ bürcü
Bu həftə Tərəzi gözlənilməz xəbərlər eşidəcək: bu, sizin işinizlə və ya şəxsi münasibətinizlə bağlı ola bilər. Həftəiçi illərdir sizi axtarmayan qohumlar yağışdan sonra göbələk kimi peyda olacaqlar. Evinizin qapısını bərk bağlayın, çünki onlar gedəndən sonra sizin haqqınızda söz-söhbətlər yayacaqlar. Həftəsonu yorğunluğu çıxarmaq üçün kef edin, bütün problemlərdən uzaq olun. Uğurlu günləriniz 29 noyabr, 4 dekabr, uğursuz gününüz isə 30 noyabrdır.
ƏQRƏB bürcü
Səyahət ab-havasında olan Əqrəb həftəiçi məzuniyyət planlarını quracaq. Bu həftə hamı sizi bezdirəcək, odur ki, çox əsəbi həftə gözlənilir. Bazar günü xoş bir sürprizlə qarşılaşacaqsınız. Subayların bəxti açılacaq: çöldə gəzərkən bir nəfər sizi təsadüfən itələyəcək və o andan eşq macərası başlayacaq. Uğurlu günləriniz 3, 4 dekabr, uğursuz gününüz isə 29 noyabrdır.
OXATAN bürcü
Bu həftə illərdir görmədiyiniz tanışınızla qarşılaşacaqsınız. Bu təsədüfi görüş sizin həyatınızı dəyişəcək. Ola bilsin, həmin insanla uğurlu iş birliyi quracaqsınız və ya ondan “elektrik alaraq” münasibətə başlayacaqsınız. Bu həftə işləriniz çox uğurlu gedəcək, göz dəyməsin deyə başınıza duz dolayın. Uğurlu günləriniz 1, 3, dekabr, uğursuz gününüz isə 4 dekabrdır.
OĞLAQ bürcü
Oğlağın pərəstişkarları çox olacaq, hər kəs onun ürəyini almaq üçün dəridən-qabıqdan çıxacaq. Bəxtiniz nəinki sevgi tərəfdən, həmçinin pul tərəfdən də gətirəcək: gəlirli iş təklifi və ya mükafat gözlənilir. Əgər iş axtarırsınızsa, bu həftə CV göndərmək və müsahibələrdən keçmək üçün çox əlverişlidir. Evli olanlar, həyat yoldaşınızla incə davranın, çöldə gəzərkən əks cinsə baxmayın, yoxsa qısqanclıq zəminində dava düşəcək. Uğurlu günləriniz 29, 30 noyabr, uğursuz gününüz isə 2 dekabrdır.
DOLÇA bürcü
Dolça gülməyəndə onu qucaqlamaq, əhvalı olmayanda öpmək, əsəbi olanda isə yedirtmək lazımdır. Bu həftə Dolça əsəbi olacaq, vay o kəsin halına ki, ona artıq söz deyəcək, bütün hirsini həmin adamdan çıxacaq, heç “uf” da deməyəcək. Əsəbin əsas səbəbi gərgin iş qrafiki olacaq, amma sonda çoxlu pul və xoşbəxt anlar gözlənilir. İşdə hamıdan çox çalışın, bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək və bonuslar olacaq. Uğurlu günləriniz 1, 4 dekabr, uğursuz gününüz isə 28 noyabrdır.
BALIQLAR bürcü
Bu həftə Balıqlar hamıdan varlı olacaqlar, pullar göydən töküləcək. Ulduzların sevimlisi siz seçilmisiniz. Bütün işləriniz uğurlu olacaq, çoxdandır planlaşdırdığınız işləri bu həftə görün. Balıqları sevən çox olsa da, düşmənləri də xeylidir. Onlar yatmırlar və sizin bir səhv etməyinizi gözləyirlər. Lakin boş verin, it hürər, karvan keçər. Sevgi tapmaq və ya münasibətə girmək üçün ən gözəl dövrdür. Uğurlu günləriniz 28, 30 noyabr, uğursuz gününüz isə 1 dekabrdır.