top
Həftəlik bürclər 8 MAY - 14 MAY
07 may 2023, 10:00
- +

Həftəlik bürclər 8 MAY - 14 MAY

QOÇ bürcü


Bu həftə sizi bəzi çətinliklər gözləyə bilər, xüsusilə işdədiyiniz yerdə. Çox diqqətli olun: ayağınızın altını qazan insanlar olacaq, odur ki, kiçik bir səhv sizə çox baha başa gələ bilər. Həftəsonu bəzi insanlar sizin etibarınızdan öz mənfəətləri üçün istifadə etmək istəyəcəklər. Lakin şəxsi həyatınızda xoş dəyişikliklər olacaq: sevincli anlara hazır olun. Uğurlu günləriniz 10, 11 may, uğursuz gününüz isə 8 maydır.

BUĞA bürcü


Bu həftə daşınmaz əmlakla bağlı problemləri həll etmək üçün ən yaxşı vaxtdır: sənədləri imzalamaq və danışıqlar aparmaq lazımdırsa, bunu cəsarətlə edə bilərsiniz. Maddi durumunuzu yaxşılaşdırmaq şansınız olacaq: tanışınızdan maraqlı təklif gözləyin. Şəxsi həyatınızda xoş anlar və romantika dolu günlər olacaq: sevgiliniz sizə gözləmədiyiniz xəbər verə və ya xoş sürpriz bəxş edə bilər. Uğurlu günləriniz 8, 12 may, uğursuz gününüz isə 10 maydır.

ƏKİZLƏR bürcü


Bu həftə həyatınız aktiv keçəcək: əgər sizə işgüzar səfər təklif olunarsa, bunu məmnuniyyətlə qəbul edin, çünki mühiti dəyişmək və yeni hisslər yaşamaq sizə faydalı olacaq. Kiçik maliyyə problemi sizi narahat edə bilər, lakin səbir etsəniz, gələn həftə pulqabınız dolub daşacaq. Subay Əkizlər, axır ki, bəxtiniz açılır: Şir, Dolça və ya Xərçəng bürcündən olan bir nəfər sizə pərəstişkarlıq edəcək. Həftəsonu təsadüfi bir görüş sizə yeni dost qazandıracaq. Uğurlu günləriniz 11, 14 may, uğursuz gününüz isə 9 maydır.

XƏRÇƏNG bürcü


Hər addımı əvvəlcədən hesablayan Xərçəng bu dəfə, deyəsən, xırda detallara önəm verməyib səhv buraxacaq və bununla başını problemlərə soxacaq. Lakin hər bir səhv bir təcrübədir. Maddi durumunuzda yaxşıya doğru dəyişikliklər olacaq: müdiriyyət sizə dəyər verəcək və mükafatlandıracaq. Həftəsonu planlaşdırıldığı kimi keçməyəcək: planınız gözlənilməz hallar səbəbindən kəskin şəkildə dəyişəcək. Çox güman ki, bu, uzun müddətdir görüşmədiyiniz dostunuzla əlaqəli olacaq. Uğurlu günləriniz 9, 13 may, uğursuz gününüz isə 10 maydır.

ŞİR bürcü


Məlumdur ki, Şirlər mübahisələri sevmirlər, mübahisəli mühitdə özlərini narahat hiss edirlər: təəssüf ki, bu həftə həyat sizi sınayacaq və ən pisi odur ki, davanın ailədə baş verməsi ehtimalı yüksəkdir. Çərşənbə günü xüsusilə diqqətli olun, istənilən söz və ya əməl böyük davaya səbəb ola bilər. Həftənin ikinci yarısında çoxdandır sizi narahat edən məsələ, axır ki, həllini tapacaq. Xaricdən xoş xəbər gözləyin, bəlkə də orada yaşamaq və ya işləmək təklifi gəldi. Uğurlu günləriniz 10, 14 may, uğursuz gününüz isə 12 maydır.

QIZ bürcü


Adətən Qızlar itaətkar və əmrlərə tabe olurlar, ancaq onların içindəki “döyüşçü”nün yuxudan ayıldığı, heç kimə qulaq asmadığı, itaətsizlik etdiyi vaxtlar olur: bu həftə “döyüşçünün” oyanacağı həftədir. Böyük işlər görəcəksiniz və hamı sizə tabe olacaq: heç kimin fikrinə uymayın və bildiyinizi edin. Həftəsonu həmcinsləriniz sizi qısqanıb paxıllıq edəcəklər, zəhərlərini üzərinizə tökəcəklər: sizin onlara cavabınız sadəcə gülümsəmək olacaq. Uğurlu günləriniz 13, 14 may, uğursuz gününüz isə 9 maydır.

TƏRƏZİ bürcü


Həyatı dəyişmək üçün ən uyğun günlər gəlir: bu həftə özünüzə inanın, xəyallarınızı gerçəkləşdirin. Monoton, maraqsız həyatə “yox” deyin: üsyan edin, heç kimin fikrinə əhəmiyyət verməyin. bu həftə gəlir az, xərc isə çox olacaq: "Pulu haradan tapacağam?" deməyin, yeni iş, yeni layihə tapmağa çalışın. Yaxın günlərdə Avropaya və ya Amerikaya səyahət etmək və ya birdəfəlik orada yaşamaq üçün imkanlar olacaq. Uğurlu günləriniz 10, 13 maydır, uğursuz gününüz gözlənilmir.

ƏQRƏB bürcü


Hər bir insanın həyatında yaxşı və pis vaxtlar olur: önümüzdəki həftə həyatınızda ikincinin növbəsi olacaq. Buna anlayışla baxmaq və məyus olmaq əvəzinə güclənmək lazımdır: həyat sizi sınağa çəkəcək və bu sınaqdan üzüağ çıxsanız, sizə böyük hədiyyə bəxş edəcək. Həftəsonu üçün böyük planlar qurmamaq daha yaxşıdır: yaxın insanlara vaxt ayırın və onlarla bol-bol istirahət edin. Uğurlu günləriniz 8, 14 may, uğursuz gününüz 12 maydır.

OXATAN bürcü


Bu həftə gözlənilməz, planlaşdırılmamış xərclərdən çəkinin, yoxsa həftənin ikinci yarısında maddi çətinliklərlə üzləşə bilərsiniz. Qarşıdakı günlərdə gördüyünüz hər iş müsbət həll olunacaq və yaxşı nəticələr verəcək. Şəxsi həyatınızda soyuqluq müşahidə oluna bilər: sizin inadkar xasiyyətinizə görə ikinci yarınız sizdən uzaqlaşa bilər. Hətta haqlı olduğunuz zaman qürurunuzu boğun, geri çəkilin. Unutmayın ki, sevgidən nifrətə bir addım var. Uğurlu günləriniz 9, 12 may, uğursuz gününüz 8 maydır.

OĞLAQ bürcü


Artıq maaşınızın artırılması ilə bağlı rəhbərliklə danışmaq vaxtıdır: səhərdən axşama kimi işləyirsiniz, siz yüksək məvacibə layiqsiniz. Uğur həftənin bütün günləri sizin tərəfinizdə olacaq. Həftəsonu gözlənilməz xərclər ehtimalı yüksəkdir, buna görə də hər qəpiyi ağıllı şəkildə xərcləyin. Sizi kənardan bəyənən və izləyən bir insan var: qarşı gündə o, öz hisslərini sizə açacaq. Bu insan Əkizlər, Balıq və ya Qoç bürcündən ola bilər. Uğurlu günləriniz 11, 13 may, uğursuz gününüz gözlənilmir.

DOLÇA bürcü


Bu həftə həm işdə, həm də evdə üzərinizdəki məsuliyyətlər artacaq: yazılı şəkildə plan qurun ki, birini yaddan çıxarıb, digər mühüm planı əldən verməyəsiniz. Müəyyən şərtlərin təsiri altında sevdiyiniz insanı tamamilə fərqli bir şəkildə görəcəksiniz: gözünüz açılacaq, onun hərəkətinə ədalətli qiymət verin. Yaxın gələcəkdə genişmiqyaslı ticarət gözlənilir: indidən pulunuzu yığmağa başlayın. Həftəsonu işinizdə dəyişikliklər olacaq: bu sizin karyeranıza təsir edəcək. Uğurlu günləriniz 8, 12 may, uğursuz gününüz isə 9 maydır.

BALIQLAR bürcü


Həftə mart ayında doğulan balıqlar üçün xəyal etdikləri kimi yaxşı keçməyəcək. Şəxsi həyatda nöqsanlar, qısqanclıq və inciklik yarana bilər. Vəziyyəti aydınlaşdırmaq üçün səylər göstərəcəksiniz. Həftəsonunu ev işlərinə həsr edin, onlar artıq kifayət qədər yığılıb. Zəhmətiniz qiymətləndiriləcək və mükafatlandırılacaq. Uğurlu günləriniz 9, 11 may, uğursuz gününüz 12 maydır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:15

2026-cı il üçün ehtiyac meyarının həddi 15 manat artırılacaq

Xəbər
Bu gün, 15:15

Bakıda qadın zəhərlənərək öldü

Xəbər
Bu gün, 14:40

20 nömrəli avtobus çatışmazlığı: Sərnişinlər saatlarla dayanacaqda

Xəbər
Bu gün, 14:20

Dövlət qurumlarına qarşı 50-dən çox kiberhücumun qarşısı alınıb

Xəbər
Bu gün, 13:55

Bakıda yağış altında avtobus növbəsi - Dayanacaq yoxdur!

Xəbər
Bu gün, 13:20

Bakı magistralında evakuator aşdı - VİDEO

Xəbər
Bu gün, 13:02

Sabah da yağış yağacaq?

Xəbər
Bu gün, 12:20

Zəhərlənmədən 4 nəfər ÖLDÜ

Xəbər
Bu gün, 12:20

Baba Pünhanın doğum günüdür

Xəbər
Bu gün, 11:20

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə işləyəcək

Xəbər
Bu gün, 10:54

Kino cameəsi Coşqun Rəhimovu tənqid etdi: "İntellekt, sənət, mədəniyyət yoxdur..."

Xəbər
Bu gün, 10:49

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Xəbər
Bu gün, 10:20

Bakıda məktəbli qızı maşın vurdu

Xəbər
Bu gün, 09:20

"Qarabağ" Bakıda "Çelsi"ni qəbul edir

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xəbər
Dünən, 18:00

Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Xəbər
Dünən, 17:17

DİQQƏT: Parada görə bu yollar bağlanır

Xəbər
Dünən, 16:19

"Azərbaycan Nəşriyyatı"na pul ayrılmayacaq

Xəbər
Dünən, 15:20

Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış

Xəbər
Dünən, 15:07

Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemində dəyişiklik edilir

Xəbər
Dünən, 14:20

AzTV-də ciddi nöqsanlar aşkarlandı

Xəbər
Dünən, 13:43

İllər əvvəl Bakıda banda yaradıb, DƏHŞƏT SAÇAN cinayətkara hökm oxundu

Xəbər
Dünən, 13:20

16 yaşında ana olan yeniyetmə sevgilisinə qoşulub sığınacaqdan QAÇDI

Xəbər
Dünən, 13:06

Bakıya güclü leysan yağacaq - XƏBƏRDARLIQ

Oxşar xəbərlər