top
Köhnə Bakının rəmzi sayılan fayton
06 aprel 2023, 06:57
- +

Köhnə Bakının rəmzi sayılan fayton

Köhnə Bakıya aid sənətlərdən biri faytonçuluq hesab edilir. Faytonların tarixi XIX əsrin sonlarından başlayıb. O zamanlar fayton sürətli, yüksək manevr qabiliyyətinə malik, rahat nəqliyyat vasitəsi kimi bütün dünyada məşhurlaşmışdı və Bakıya da gəlib çıxmışdı. Əksər hallarda faytonları kəndlilər, yaxud İçərişəhərdən olan bakılılar sürürdü. Hətta Bakıda faytonçuların yaşadığı Faytonçu küçəsi də mövcud olub. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

Faytonçular zəngin neft sənayeçisinin və ya səxavətli zabitin toy karteji üçün fayton tutduğu günlərdə daha yaxşı qazanc əldə edirdilər. Bəzi hallarda kortejdə 15 fayton gedirdi. Faytonlar məşəl yandıraraq, musiqi ilə yollarını şəhərin gur küçələrindən salardılar ki, bütün camaat görsün. Öndəki faytonda bəy və gəlin, ikinci və üçüncüsündə musiqiçilər, daha sonrakılarda qohumlar oturur, ən arxada gedən faytonlar isə mebel, pal-paltarın yığıldığı yeşiklər və ev əşyalarını daşıyırdı. [http://regionplus.az/az/articles/view/5722

Bəzən fayton sürətli nəqliyyat vasitəsi kimi, cinayət yerinə gəlmək və oranı tez bir zamanda tərk etmək üçün də istifadə olunub. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

Zaman keçdikcə şəhərin rəmzi olan faytonlar avtomobillərlə əvəzlənməyə başladı.

Fayton Bakıya bir də 1960-cı illərdə qayıdıb. O dönəmdə şəhər inkişaf edirdi, bulvarda təmir-bərpa işləri aparılırdı. Faytonlar bulvar boyunca və şəhərin tarixi mərkəzində dolaşmaqla yerli sakinlər və turistlər tərəfindən əyləncə məqsədilə istifadə edilirdi. [http://regionplus.az/ru/articles/view/5722]

Bu gün də Bakı küçələrində nadir hallarda da olsa, fayton görmək mümkündür.

Fayton yeddi əsas hissədən - ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun evi), iki ədəd qanad, çətir və dişlərdən ibarət idi. Faytonun sahibləri onun xarici görkəminə fikir verib, çalışırdılar ki, qoşqu üçün xüsusi seçilmiş atların hər ikisi eyni böyüklükdə və eyni rəngdə olsun. Qabaq təkəri üstündə olan üçüncü oturacaq faytonçu üçün idi. Faytonçunun ayağını qoyduğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi “iş-tox” adlanırdı. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış “iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaq idi. Çanağın arxa hissəsinə bərkidilmiş “çətir” adlanan hissə yağışdan, gündən və küləkdən qorunmaq məqsədilə faytonun üstünü örtürdü. Gecə yolu işıqlandırmaq məqsədilə faytonçunun əyləşdiyi oturacağın yanlarına neftlə işləyən və ya şamla işıqlandırılan iki ədəd fənər də bərkidilirdi. [Qədim şəhərin əsas nəqliyyat vasitəsi. Azərbaycan.- 2019.-3 noyabr.- S.4.]

[URIS id=96395]

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 10:15

Deputatlar məzuniyyətdən qayıdırlar

Aktual Xəbərlər
Bu gün, 09:19

Xalq artisti Tofiq Kazımovun anadan olmasından 103 il ötür

Xəbər
Dünən, 18:00

Qonşusunun sözü ilə qızını bıçaqladı, qız atasının cəzasını yüngülləşdirdi

Aktual Xəbərlər
Dünən, 17:05

Nəsimi rayonunda narkotik əməliyyatı - VİDEO

Aktual Xəbərlər
Dünən, 16:15

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb

Aktual Xəbərlər
Dünən, 16:05

Bakıda tikintidə FACİƏ: Usta binadan yıxılıb öldü

Aktual Xəbərlər
Dünən, 15:05

Bakıda sirkə turşusu içən kişi öldü

Aktual Xəbərlər
Dünən, 14:03

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

Aktual Xəbərlər
Dünən, 13:26

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Xəbər
Dünən, 13:05

"Radiozavod" yarımstansiyası yenidən qurulacaq

Aktual Xəbərlər
Dünən, 12:05

Bakıda qadın evində ölü tapıldı

Aktual Xəbərlər
Dünən, 11:03

Şəhidlər Xiyabanında ciddi hazırlıq işləri görülür

Aktual Xəbərlər
12 yanvar 2026, 18:00

Ötən il 54 mindən çox şəxsə əlillik təyin olunub

Aktual Xəbərlər
12 yanvar 2026, 17:14

Mağazada meyit tapıldı

Aktual Xəbərlər
12 yanvar 2026, 16:15

71 yaşlı qadın dəm qazından ölüb

Xəbər
12 yanvar 2026, 15:15

DYP avtomobil təkərlərinin mövsümə uyğunluğu ilə bağlı sürücülərə müraciət edib

Aktual Xəbərlər
12 yanvar 2026, 14:19

Milli komandanın heyətində dəyişiklik

Aktual Xəbərlər
12 yanvar 2026, 13:56

Sabah Bakıya sulu qar yağacaq

Xəbər
12 yanvar 2026, 13:19

Dövlət Məşğulluq Agentliyinə yeni sədr müavini təyin edilib

Xəbər
12 yanvar 2026, 12:20

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
12 yanvar 2026, 11:20

Müğənni Mina: "Sənətə gələndə dəstəyə ehtiyac olmayıb"

Aktual Xəbərlər
12 yanvar 2026, 10:20

Ötən həftə 14 azyaşlı xilas edilib

Aktual Xəbərlər
12 yanvar 2026, 09:24

Kişi dəm qazından boğuldu

Xəbər
11 yanvar 2026, 21:00

12-18 YANVAR- HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
11 yanvar 2026, 12:17

Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – "kupça"nı bu qiymətə ala biləcəklər

Xəbər
10 yanvar 2026, 17:51

"Qaçqınkom"dan "Qobu Park"da binaların vəziyyəti ilə bağlı açıqlama

Xəbər
10 yanvar 2026, 15:32

Abşeronda böyük REYD: 82 dilənçi və 37 motoxuliqan saxlanıldı

Xəbər
10 yanvar 2026, 12:15

İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?

Xəbər
10 yanvar 2026, 11:42

AZAL-ın bələdçisi: "Praqa aeroportunda sərnişin agentə yumruq-təpiklə hücum etdi"

Oxşar xəbərlər