top
Həftəlik bürclər 10 İYUN - 16 İYUN
09 iyun 2024, 10:00
- +

Həftəlik bürclər 10 İYUN - 16 İYUN

QOÇ bürcü


Bu həftə sizin həyatınızı dəyişəcək mühüm bir qərar verəcəksiniz; 100 ölçüb, bir biçməlisiniz. Şəxsi həyatınızda bəzi çətinliklərlə qarşılaşa bilərsiniz, lakin çox da dərd etməyin, gözəl günlər qarşıdadır. Vaxtınızı düzgün planlaşdırın, lazımsız insanlarla görüşməyin – “5 günlük dünyadır”, onun 1 gününü o insanlara ayırmağa dəyərmi? Həftəsonu ya yeni işə, ya da yeni layihəyə başlayacaqsınız: bu, sizin indiyə qədər əldə etiyiniz ən böyük uğur olacaq. Yeni dostlar, imkanlar qazanacaqsınız: xoş günlərə hazır olun. Uğurlu günləriniz 10, 15 iyun, uğursuz gününüz isə 13 iyundur.

BUĞA bürcü


Bu həftə sizi sancmaq istəyəcəklər: sizə quyu qazacaqlar, lakin bunu vaxtında aşkar edib qarşısını alacaqsınız. Bununla da kimin dost, kimin düşmən olduğunu biləcəksiniz. Həftənin ilk yarısını istirahətə, hobbilərə və görüşlərə sərf edin. Xroniki xəstəliyi olan Buğalar səhhətinə daha çox diqqət yetirməlidirlər, müalicəyə başlamalıdırlar. Pul qazanmaq üçün yeni üsul kəşf edəcəksiniz. Varlı olmağa hazırsınız? Boş vaxtınızı yaxınlarınızla səmimi söhbətlərə həsr edin: onlardan faydalı məsləhətlər ala bilrəsiniz. Uğurlu günləriniz 12, 13 iyun, uğursuz gününüz isə 16 iyundur.

ƏKİZLƏR bürcü


Bu həftə ulduzlar sizi daha çox sevir: sevgiyə aid nə varsa, sizə bəxş ediləcək. Evli olanlar romantik anlar yaşayacaqlar, səfərə çıxacaqlar, hədiyyələrin içində üzəcəklər. Subaylar isə çoxdandır gözlədikləri yarılarını tapacaqlar. Ulduzlar sizə çox maraqlı hədiyyə hazırlayıb, səbirli olun. Yeni iş təklifi gələcək, lakin intuisiyanız sizə bu təklifin heç bir nəticə verməyəcəyini deyirsə, imtina etməkdən qorxmayın. Həftəsonu səyahətə getmək dəvəti alacaqsınız: imtina etməyin, bütün işlərinizi bir kənara atın və kef edin. Uğurlu günləriniz 11, 15 iyun, uğursuz gününüz isə 10 iyundur.

XƏRÇƏNG bürcü


Bu həftə Xərçənglər eşq macərası yaşayacaqlar: özünüzü göyün yeddinci qatında hiss edəcəksiniz. Hədiyyələr, komplimentlər və romantik anlardan doymayacaqsınız. Lakin tanışlarınızdan biri sizə zərbə vura bilər: o, sizin xoşbəxtliyinizi həzm edə bilmir, onu aşkar edin və birdəfəlik həyatınızdan silin. İşlədiyiniz yerdə sevmədiyiniz insanlarla danışmağa, onların üzünə gülməyə məcbursunuz: bəlkə işinizi dəyişmək vaxtıdır? Çoxlu pul qazanmağın yolunu tapmalısınız: dostlarla yığışıb ideyalar fikirləşin. Bu həftə uzaq yerlərdən qohumlar gələcək, planlaşdırdığınız işlər puç olacaq. Lakin narahat olmayın: xoş insanlarla ünsiyyət könlünüzü oxşayacaq. Uğurlu günləriniz 13, 15 iyun, uğursuz gününüz isə 14 iyundur.

ŞİR bürcü


Şir sizi əsəbiləşdirsə belə, yenə də ona hirslənə bilmirsiniz: axı bu bürc yerə düşmüş bir mələkdir. Mələk olduğunuzu bu həftə sübut edəcəksiz: hamının yardımına çatacaqsınız, müdiriyyətin rəğbətini qacanacaqsınız. Münasibətə başlamağın, ilk addım atıb etiraf etməyin əsl vaxtıdır: bu şans bir də olmaya bilər. Maddi durumda azca problem ola bilər, lakin bu itkini heç hiss etməyəcəksiniz, çünki pullar özünüzə və sevdiyiniz insanlara xərclənəcək. Sevgilinizlə münasibətlərinizdə çat yarana bilər: çalışın, həftəsonu onunla daha çox vaxt keçirin. Uğurlu günləriniz 12, 13 iyun, uğursuz gününüz isə 15 iyundur.

QIZ bürcü


Qızla mübahisə etmək vaxt itkisidir. Ona görə də bu həftə yalnız sizin dediyiniz və istədiyiniz olacaq: heç kim sizi fikrinizdən döndərə bilməyəcək. Həftənin ortasında bütün problemlər və qayğılar sizdən uzaq olacaq: sizin həyatınıza arzularınızı çin edən, sizi qoruyan bir pəri daxil olacaq. Küsülü olduğunuz insanla barışmaq məsləhət görülür: o, səhvini anlayıb və sizdən barışıq addımı gözləyir. Tək olan Qızlar həftəsonu subaylığın daşını atıb, böyük sevgiyə çevriləcək romantik münasibətlərə başlayacaqlar. Uğurlu günləriniz 10, 11 iyun, uğursuz gününüz isə 14 iyundur.

TƏRƏZİ bürcü


Həftənin əvvəlində siz işdə rəhbərliyin və həmkarların gözlərində yüksələcəksiniz. Uğurunuza çox insan sevinsə də, paxıllar da az olmayacaq. Evli olanlar, qısqanclıq səhnələri qurmayın, çünki bu, sizin üçün pis bitə bilər. Sakit və səbirli olun. Bu həftə çox çalışacaqsınız və belə gərgin işin nəticəsi özünü çox gözlətməyəcək: maaşınız artacaq və ya maddi vəziyyətiniz yaxşılaşacaq. Eyni zamanda bu həftə borc almaqdan və ya verməkdən çəkinin, çünki bu, gələcəkdə yaxınlarınızla münasibətləri korlaya bilər. Uğurlu günləriniz 12, 16 iyun, uğursuz gününüz isə 10 iyundur.

ƏQRƏB bürcü


Bu həftə daşınmaz əmlak məsələləri ilə məşğul olmaq üçün çox əlverişlidir. Ən yaxşısı həftənin birinci yarısında alqı-satqı və ya icarə müqavilələri bağlamaqdır. Mümkün qədər diqqətli olun və daim peşəkarlarla məsləhətləşin. Bürcün tənha nümayəndələri ya dostdan, ya da tanışdan sevgi etirafı alacaqlar. Ürəkli olmayan Əqrəb xoşladığı insanı görüşə dəvət etməkdən qorxmasın: əgər qismətdirsə, “hə” cavabı alacaqsınız. Günəşin altında çox gəzmək məsləhət görülmür: dərinizə zərər vermək riski var. Uğurlu günləriniz 10, 15 iyun, uğursuz gününüz isə 13 iyundur.

OXATAN bürcü


Bu həftə sevincli günlərə hazır olun: bəxtəvər olacaqsınız! Həftəiçi çoxdan gözlədiyiniz xoş xəbərlər eşidəcəksiniz. Əgər uğur qazanmaq istəyirsinizsə, mütləq bir gül əkin. O gül çiçəklənəndə sizin uğurlu günləriniz başlayacaq və bitmək bilməyəcək. Həftənin sonunda kim sizinlə mübahisə edirdisə, sizdən üzr istəyəcək. Çox cazibədar bir iş təklifi alacaqsınız: bu, işinizin artması və ya tamamilə dəyişməsi ola bilər. Bu cür təkliflərlə razılaşın, nəticədə bir neçə aydan sonra maddi vəziyyətinizdə yaxşılaşma hiss edəcəksiniz. Uğurlu günləriniz 15, 16 iyun, uğursuz gününüz isə 11 iyundur.

OĞLAQ bürcü


Bu həftənin ən bəxtəvər bürcü sizsiniz! İşləriniz yağ kimi gedəcək, bütün planlarınız gerçəkləşəcək. İşdə həmişəkindən daha çox vaxt keçirəcəksiniz, lakin həftənin sonunda bəhrəsini görəcəksiniz: bu, maddi durumunuz üçün müsbət nəticələnəcək. Sevgilinizlə hər hansı probleminiz varsa, bunu dərhal müzakirə edin: aranızda soyuqluq yaranmasına imkan verməyin. Bu həftə gələcək üçün vacib planlar və ideyalar haqqında düşünün, nə istədiyinizi və edəcəyinizi dəqiq bilin. Uğurlu günləriniz 15, 16 iyundur, uğursuz gününüz gözlənilmir.

DOLÇA bürcü


Ulduzlar həftəiçi sizə çoxlu sürpriz hazırlayıb. Xüsusilə dəyişikliklər maliyyə vəziyyətinizə təsir edəcək: büdcəniz əhəmiyyətli dərəcədə artacaq. Əgər əvvəllər sizə perspektivsiz görünən layihələriniz varsa, bu həftə hər şey dəyişəcək. Həftənin ortasında yeni tanışlıqlar olacaq: həmin insanlar gələcəkdə sizin həyatınızda böyük rol oynayacaqlar. Sevgilinizlə problem yaşana bilər: çalışın, problemləri təzyiq etmədən, sakit həll edəsiniz. Həftəsonu istirahət edin, güc yığın, çünki gələn həftə ağır və eyni zamanda məhsuldar günlər gözlənilir. Uğurlu günləriniz 11, 12 iyun, uğursuz gününüz isə 16 iyundur.

BALIQLAR bürcü


Bu həftə son bir ayda yığılan bütün işləri başa çatdırmalısınız. Yığıncaqlara, şənliklərə qoşulmaq məsləhət görülmür, daha çox sakit yerlərə üz tutun: əks-halda əsəb, yorğunluq, səs-küy sizi depressiyaya sala bilər. Həftənin əvvəlində uğurlu alış-veriş edəcəksiniz. Ürəklə xərcləyin, çünki ayın sonunda bonuslar alacaqsınız. Həftəsonu isə əksinə, bədxərclik etməyin: ən yaxşısı, bacardığınız qədər pul yığın. Karyerada uğur qazanmaq istəyirsinizsə, daha çox çalışın və kollektivlə mehriban olun. Əgər tapşırıqları vaxtında və düzgün yerinə yetirsəniz, müdiriyyət tərəfindən bonuslar ala bilərsiniz. Uğurlu günləriniz 14, 15 iyun, uğursuz gününüz isə 11 iyundur.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
Bu gün, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
Bu gün, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
Bu gün, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
Bu gün, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
Bu gün, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
Bu gün, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
Bu gün, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
Bu gün, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Xəbər
Bu gün, 11:04

71 yaşlı kişi ağacdan yıxıldı, öldü

Xəbər
Bu gün, 10:04

Azərbaycan nefti 80 dollara satılır

Xəbər
Dünən, 18:00

Bakıda binanın zirzəmisindən çürümüş meyit tapıldı

Xəbər
Dünən, 17:31

Bakının bir çox ərazisində niyə su yoxdur? - RƏSMİ

Xəbər
Dünən, 17:10

Qadın restoranda qəfil vəfat etdi

Xəbər
Dünən, 17:02

Binəqədidə biabırçı vəziyyət

Xəbər
Dünən, 16:10

Bakıda FACİƏ: Qardaşının evinə qonaq gələn qız 8-ci mərtəbədən yıxılıb öldü

Xəbər
Dünən, 15:46

Mərdəkanda dənizdə 4 nəfər batdı - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 14:38

Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq

Xəbər
Dünən, 14:15

Evə içkili gəldiyinə görə irad tutan oğlunu bıçaqladı

Xəbər
Dünən, 13:49

Bülbülün doğum günüdür

Xəbər
Dünən, 13:15

Gəlinini döyən qayınana ilə bağlı yeni qərar

Xəbər
Dünən, 12:46

Bu çimərliklərdə çimmək qadağan edildi

Oxşar xəbərlər