Bakıda təxminən 20 min dollarlıq “Toyota Corolla” markalı avtomobilin üzərinə qaldırıcı qurğu düşüb.
Bu barədə Bakuplus.az redaksiyasına sakinlər məlumat verib.
Məlumata görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsində qeydə alınıb.
Bildirilir ki, avtomobilə xeyli ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.