Bakının Nəsimi rayonu, “20 Yanvar” metro stansiyası yaxınlığında məhəccərlərin bir hissəsi sökülüb. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az xəbər verir.
Sözügedən ərazidə yolayrıcında quraşdırılan məhəccərlərin bir hissəsi naməlum şəxslər tərəfindən sökülüb. Bundan istifadə edən piyadalar özlərini təhlükəyə atırlar.
Həmin hasarlar yolun hərəkət hissəsində piyadaların hərəkətinin qarşısını almaq üçün quraşdırılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/sequence-023-1.mp4"][/video]