Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, “28 mall” ticarət mərkəzinin yanında uzun zamandır axan su sakinlərin hərəkətinə mane olur. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Bakının mərkəzində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısında, insanların sıx olduğu ərazidə mənbəyi bilinməyən su axaraq piyada zolağını bağlayır. Bu da sakinlərin hərəkətində çətinliklər yaradır.
Ərazidə kəskin qoxu yoxdur. Ehtimal olunur ki, yeraltı su borusunda qəza baş verib və su sızması yaranıb.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/video-whatsapp-2022-10-31-v-13.48.00.mp4"][/video]