top
45 kilo ət, 116 kilo çörək YEYİRİK
30 iyul 2025, 12:45
- ↺ +

45 kilo ət, 116 kilo çörək YEYİRİK

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanların sağlamlığı və sosial rifahı birbaşa qidalanma vərdişləri ilə sıx bağlıdır. Qida istehlakı fərdi seçim olmaqla yanaşı, həm də ölkənin iqtisadi durumu, ərzaq təhlükəsizliyi və mədəni ənənələrinin göstərir. Azərbaycanda adambaşına düşən illik ərzaq istehlakı göstəriciləri bu baxımdan maraqlı tendensiyaları üzə çıxarır.

Modern.az mövzu ilə bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi 2024-cü ili əhatə edən məlumatları təqdim edir. 

Süd, çörək və kartof ən çox istifadə olunan məhsullardır
Statistikaya görə, Azərbaycanda bir nəfər il ərzində orta hesabla 256,3 kq süd və süd məhsulu istehlak edir. Bu göstərici ölkədə süd məhsullarının qidalanmada əsas yer tutduğunu göstərir. Digər yüksək istehlak olunan məhsul təzə çörəkdir. Belə ki, il ərzində ortalama azərbaycanlı 115,9 kq təzə çörəkdən istifadə edir. Kartofa gəlincə isə, il ərzində bir azərbaycanlı təxminən 80,2 kq kartof istehlak edir. 

Ət və yumurta istehlakı orta səviyyədədir
Azərbaycan əhalisi ildə adambaşına 44,9 kq ət və ət məhsulu, eləcə də 195 ədəd yumurta istehlak edir. Qeyd edək ki, ÜST-nin Tədqiqat Agentliyi (IARC) və Dünya Xərçəng Araşdırma Fondunun (WCRF) tövsiyəsinə görə, Qırmızı və emal olunmuş ət istehlakı gündəlik minimuma endirilməli, emal olunmuş ətin (sosis, kolbasa və s.) qəbulu az və ya tamamilə məhdudlaşdırılmalıdır. Beynəlxalq tövsiyələrə əsasən bir nəfər ildə ortalama 25 - 39 kq qırmızı ət yeməlidir.

Balıq və düyü - ən az istifadə olunanlar sırasındadır
Balıq və balıq məhsullarının illik adambaşına istehlakı cəmi 8,5 kq-dır. Oxşar vəziyyət düyü  üzrə də müşahidə olunur. Belə ki, il ərzində istifadə etdiyimiz düyünün ortalama miqdarı 7,5 kiloqrama qədərdir. 

Kərə və bitki yağı, pendirin istehlakı
Ölkəmizdə bitki yağı kərə yağından daha çox istifadə olunur. Statistikalar göstərir ki, il ərzində bir nəfərə düşən kərə yağının miqdarı 3,6 kq, bitki yağının miqdarı isə 8,1 kq-dır. Süd məhsulları içərisində pendir azərbaycanlıların ən çox istehlak etdiyi qida hesab olunur. Ortalama azərbaycanlı bir ildə 6,3 kq pendir istifadə edir. 

Tərəvəz və meyvələr orta səviyyədə istifadə olunur
Azərbaycanlılar tərəfindən hər il 139,7 kq bütün növ tərəvəz, 40,3 kq bostan məhsulları və 79,6 kq meyvə və giləmeyvə istehlak edilir. Azərbaycanlıların ən çox istifadə etdiyi meyvələrdən biri də üzümdür, il ərzində bu mövsümü meyvədən ortalama bir nəfər 18,3 kq istifadə edir. 

Şirin qidalar və çay - adətə çevrilmiş istehlak
Azərbaycanlılar ildə 26,2 kq şəkər, 14,9 kq qənnadı məmulatları, eləcə də 1,4 kq çay istehlak edirlər. Bu rəqəmlər ənənəvi çay süfrəsi mədəniyyətinin və şirin qidalara olan yüksək marağın davam etdiyini göstərir. Ancaq bu göstəricilər diabet, artıq çəki və digər qidalanma ilə bağlı sağlamlıq problemləri baxımından risk faktorları yarada bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Oxşar xəbərlər