Bakıda velosiped zolaqlarının salınması davam edir. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır. Hazırda yenidənqurma işləri prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür.
Ümumilikdə isə prospekt boyunca 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulub. Sözügedən velosiped yolları “bufer zonalar” vasitəsilə əsas yoldan ayrılır. Həmçinin ərazidə piyada səkisi yenilənir.