Xalq artisti Afaq Bəşirqızı mərhum aktyor Azər Baxşəliyevlə bağlı paylaşım edib.
Bakuplus.az xəbər verir ki, aktrisa şəxsi “Instagram” hesabında Azərlə şəklini paylaşaraq bu sözləri yazıb:
"Şirinliyin, mədəniyyətin, alicənablığın ilə qəlbimin ən dərinliyində xoş təəssüratlarla iz buraxdın, Azər balam. Allah sənə rəhmət eləsin! Heyif səndən...".
Xatırladaq ki, Azər Baxşəliyev yanvarın 5-də vəfat edib. O, poli orqan çatışmazlığından əziyyət çəkirdi.
