top
Aktrisa onu skuterlə vuran kuryerdən qan pulu tələb edir
16 iyun 2025, 03:04
- ↺ +

Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hüquq-mühafizə orqanlarından mənə zəng etdilər ki, sizi skuterlə vuran şəxs müəyyən edilib. Həmin şəxs mənə səsli qeyd göndərərək üzr istədi, mən danışa bilmədim, ailə üzvlərim danışdılar".

Bunu teleqraf.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova onu skuterlə vuran şəxs haqqında danışarkən deyib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Ucar rayon sakini R.Abdullayevdir: "Mənə deyir ki, kasıb adamam, kuryer işləyirəm, borclarım var, kirayədə yaşayıram. Şikayətimi geri götürməyimi xahiş edir. Skuterlə vuran şəxsin həyat yoldaşı mənə bildirir ki, hadisə zamanı həyat yoldaşı mənə su gətirib, yardım etmək istəyib, amma qəbul etməmişəm. Mən üzünü görməmişəm. Həmin vaxt vəziyyətim yaxşı deyildi və bunu xatırlamıram. Məndən şikayətimi geri götürməyi xahiş edir".

O, aldığı xəsarətlə bağlı da danışıb: "Kəllə sümüyüm zədələnib, həkimlər deyirlər ki, beş-altı aya bərpa olunacaq. Hazırda əsas mübarizəm öz sağlamlığımdır. Allaha şükür edirəm ki, sağ qalmışam. Bəlkə yataq xəstəsi olardım, o zaman vəziyyət necə olardı?"

İ.Rəşidova qeyd edib ki, qarşı tərəfdən "qan pulu" tələb edib: "Mən ondan bahalı şeylər tələb etmirəm. Sadəcə "qan pulu" tələb etmişəm. Amma qapıdan içəri belə girməyiblər. Mən başa düşürəm, eyni hadisə mənim yaxınlarımın da başına gələ bilər. Amma düşünürəm ki, onlar mütləq xəsarət alan şəxsi ziyarət edərdilər".

Aktrisa şikayətini geri götürməyi də istisna etməyib: "Ola bilər ki, şikayətimi geri götürüm".

Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulub. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdi. Hazırda ev şəraitində müalicəsini davam etdirilir.

Son xəbərlər

Xəbər
Bu gün, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
Bu gün, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
Bu gün, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
Dünən, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Dünən, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Dünən, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Dünən, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Dünən, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Dünən, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Dünən, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Dünən, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Dünən, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Dünən, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Dünən, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Dünən, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Dünən, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Dünən, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Dünən, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
29 oktyabr 2026, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
29 oktyabr 2026, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
29 oktyabr 2026, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
29 oktyabr 2026, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
29 oktyabr 2026, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
29 oktyabr 2026, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Oxşar xəbərlər