top
Almaniyada TOP-5-ə daxil olan azərbaycanlı neyrocərrah - MÜSAHİBƏ
01 fevral 2025, 04:04
- +

Almaniyada TOP-5-ə daxil olan azərbaycanlı neyrocərrah - MÜSAHİBƏ

Azərbaycanlı Ramazan Cabbarlı Almaniyada neyrocərrahiyyənin beyin anevrizmaları sahəsində dünyanın ən böyük məlumat bazalarından birinin (Database) yaradıcısıdır. O, Almaniyada neyrocərrahiyyə üzrə elmi iş yazan həkimlər arasında TOP-5-ə daxildir. Kaspi.az Almaniyada professor adını qazanmış azərbaycanlı Ramazan Cabbarlı ilə müsahibəni təqdim edir.

Ramazan Cabbarlı Bakıda anadan olub. Orta təhsilini fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 2003-cü ildən Respublika Neyrocərrahiyyə Mərkəzində həkim kimi fəaliyyətə başlayıb. Kliniki və elmi fəaliyyətlə məşğul olub. Həmin dövrdə elmi işi ilə həkimlərə ildə bir dəfə verilən təqaüdü qazanaraq Almaniyaya yola düşüb. Almaniyanın cənubunda yerləşən ən qədim universitetlərdən sayılan Freiburgda elmi fəaliyyətinə başlayıb, neyrocərrah kimi işləyib. Bir illik təqaüdün vaxtı bitəndə klinikanın direktoru və elmi rəhbəri Almaniyada rezidentura proqramını oxumağını və onunla işləməyi təklif edib. Beləliklə, müsahibimizin planladığı bir illik Almaniya macərası artıq 20 ildir ki, davam edir.

Hazırda Almaniyanın Essen Universitet klinikasında şöbə müdiri, Duisburg-Essen Universitetinin neyrocərrahiyə kafedrasının müəllimi kimi çalışır. Həmyerlimizin 230-dan çox elmi məqaləsi “Lancet”, “Neurology”, "Stroke" , "European Journal of Cancer" , "European Journal of Neurology" , "Cancers" , "Journal of Neurosurgery" jurnallarında dərc olunub.

- Ramazan bəy, sizcə, elmi rəhbəriniz hansı keyfiyyətlərinizə görə sizə Almaniyada qalmağı təklif etdi? 

- 2005-ci ildə Almaniyaya gələndə planım o idi ki, bir ildən sonra vətənə qayıdacağam. Almaniyaya gəlmək məqsədim elmi iş idi. Adətən həkimlər burada uzmanlıq proqramı ilə məşğul olurlar. Bu proqram çox intensivdir. Həftənin beş günü və əlavə növbələrdə qalanda təkcə kliniki fəaliyyətin sənin o qədər enerjini alır ki, başqa işlərə taqətin qalmır. Mən isə bir il ərzində həm elmi, həm də kliniki işlə məşğul oldum. Həkimlərlə birlikdə səhər saat yeddidə klinikada olurdum, axşam səkkizdə çıxırdım. Evə getmirdim, bilirdim ki, evə getsəm, bir il ərzində elmi işimi bitirə bilməyəcəyəm. Bu səbəbdən klinikadan çıxıb laboratoriyaya gedirdim. Gecə saat 12-yə qədər də orada çalışır, səhər beşdə yenidən klinikaya gedirdim. Həftəsonlarımı isə səhərdən axşama qədər elmi işə sərf edirdim. İşləməkdən yorulmurdum. Almaniyada hansısa eksperimental işlə məşğul olduqda, həkimlər kliniki fəaliyyətə ara verirlər və dövlət tərəfindən də maaşları ödənilir. Ona görə alman həkimləri adətən ya kliniki iş görürlər, ya da elmi-eksperimental. Mən isə bu iki fəaliyyətlə yanaşı, alman dilini də mükəmməlləşdirməli idim ki, alman həkimlərindən geri qalmayım. Direktorum bu zəhmətimi gördü və getməyə hazırlaşanda dedi ki, sənə tam işləməyə şərait yaradır, burada qalmağı təklif edirəm.

- Siz həm də dörd dil bilirsiniz. Adətən, həkimlər düşünürlər ki, tibbin dili standart olduğu üçün əlavə dil öyrənməyə ehtiyac yoxdur. Həkim üçün dil bilmənin əhəmiyyəti nədir?

- Tək Almaniya deyil, hər hansı ölkədə işləməyin ən vacib şərtlərindən biri həmin ölkənin dilini bilməkdir. 20 il ərzində burada işləmək üçün mənə ən azı 100 azərbaycanlı həkim müraciət edib. Çox hallarda gənc həkimlərdən eşidirdim ki, Almaniyaya gələ bilsələr, orada alman dilini yavaş-yavaş öyrənərlər. Lakin dili mükəmməl bilmədiklərinə görə buraya gəlib işləyə bilməyən həkimlər çoxdur. Çünki dil məsələsinə ciddi yanaşılmır. Əksəriyyəti deyir ki, ingilis dilini yaxşı bilirəm, almanca da 3-4 cümlə qurmağı bacarıram, tibbin dili də bütün dünyada latın dilidir, niyə bacarmayım? Məhz bu fikirlər onların karyeralarına mane olur. Dili ya bilirsən, ya da bilmirsən. Bunun ortası yoxdur. Fərqi yoxdur hansı peşəni icra etmək istəyirsən, getdiyin ölkənin dilini yaxşı öyrənməlisən. Dili yüksək səviyyədə öyrənmək həm sənin işlədiyin ölkəyə qarşı hörmətin bir əlamətidir, həm də məsuliyyət göstəricisidir. Getdiyin ölkə də bunu mütləq dəyərləndirir. Əgər dili yaxşı bilmirsənsə, elə bil ki, özün öz qollarını, ayaqlarını bağlayır, imkanlarını məhdudlaşdırırsan.

. - 2021-ci ilə qədər Almaniyada professor adını qazanan ilk azərbaycanlı idiniz. İndi necə?

- Bəli, 2021-ci ildən professor elmi titulunu daşıyıram. Amma növbəti illər ərzində xeyli sayda elmi işçilərimi yetişdirmişəm. Rəhbərliyim altında artıq 8-10 həkim həm tibb elmləri doktorluğu, həm də privatdozent dərəcəsini müdafiə edib. Düşünürəm ki, professor statusunu da alacaqlar. Fəxrlə deyə bilərəm ki, artıq Almaniyada çalışan yeganə azərbaycanlı professor deyiləm, bu adı alan həkimlərimiz var. Bu gün Almaniyada çalışan uğurlu azərbaycanlı həkimlərin sayı artır. Bu, vətənin siması, vizit kartıdır. Əvvəllər həmyerlilərimiz sadəcə həkim kimi işləyəndə uğurlu sayılırdı. İndi isə azərbaycanlılar professor, dosentdirlər.

- Sizin sahədə son zamanların əsas xəstəlikləri hansılardır?

- Son illər bu sahədə xəstəliklərin artmasının səbəbi cəmiyyətin qocalmasıdır. Bu problem deyil, xoşbəxtlikdir ki, insanlar daha çox yaşayırlar. Amma bu fakt Almaniya, Yaponiya kimi ölkələrdə daha ciddidir. Cəmiyyətlər yaşlandıqca yaşlı insanlara aid olan xəstəliklərin sayı artır. Fəqərə sütunu xəstəlikləri, onların üzərində spinal əməliyyatların sayı çoxalıb.

- Son vaxtlar tez-tez eşidirik ki, mobil telefonlar həyatımıza daxil olandan beyin şişlərinin sayı artıb. Çox telefon istifadəsi beyində şiş yarada bilərmi?

- Bəli, belə məlumatlar çoxdur. Amma bu iddianın heç bir sübutu yoxdur. Mobil telefondan sadəcə psixi cəhətdən asılı olmaq lazım deyil. Beyinə hansısa ziyanı, onkoloji təsiri yoxdur.

- Texnologiyanın inkişafı sizin sahəyə necə təsir edib? Beyin əməliyyatını robota etibar etmək olar?

- Texnologiyanın imkanlarından istifadə olunsa da, bu gün əməliyyatı hələ də insan aparır. Ola bilər haradasa 15-20 il sonra bunu robot edər, amma bu gün insan edir. Robot, texnologiya cərraha o halda kömək edir ki, əməliyyat iki saata bitəcəksə, robotun köməkliyi ilə yarım saat tez və millimetr dəqiqliyi ilə aparılır. Bu da əməliyyatın effektivliyini və tezliyini artırır. Xəstəliklərin sayı artdıqca, neyrocərrahiyyə də ona müvafiq olaraq inkişaf edir.

- Ən çox səsləndirilən fikirlərdən biri beyinə çip yerləşdirməklə bağlıdır. Bu, mümkündürmü?

- Bu, cəfəngiyyatdır. Biz bundan bu gün çox uzaqdayıq. Amma bu yalanın da hansısa düzgün tərəfi var. Neyrocərrahiyyə funksional istiqamətdə inkişaf edir. Həqiqətən beyin implantları var. Amma bu, İlon Maskla əlaqəli deyil. Biz neyrocərrahiyyədə 30-40 ildir ki, bunu edirik. Məsələn, parkinson xəstəliyi olan insanlarda əl titrəyir. Əlin titrəməsinin qarşısını almaq üçün beyinə implant qoyuruq. Bu, köhnə əməliyyatdır. Bu əməliyyata oxşar olan başqa əməliyyatlar da var. Bu gün insanları epilepsiyadan, depressiyadan müalicə edirik. İnsanlar var ki, ağrı sindromları çox kəskindir, heç bir dərman təsir etmir. Bunu da stimulyasiya ilə müalicə edirik. Əgər fantastika gözləyiriksə, düşünürəm ki, yaxın 20 il ərzində görmə məhdudiyyəti olan insanların stimulyatorun köməyi ilə görmə qabiliyyətlərini bərpa edə bilərik. Bundan əlavə, yaxın gələcəkdə beyin impulsu tərəfindən idarə edilən bioprotezlər qoyulacaq. Onkologiya sahəsində də nailiyyətlərimiz var.

- Uğur sirriniz nədir?

- Mənə görə, uğurun birinci şərti insanın özünə qarşı səmimi olmasıdır. İnsan qabaqcadan bilməlidir ki, həyatında nəyə nail olmaq istəyir və bunun üçün nə edə bilər? Əgər lazımi dərəcədə motivasiya, məqsədyönlülük və səmimiyyət varsa, insan istədiyi hər şeyə nail ola bilər. Sadəcə, plan qurmaq və planla getmək lazımdır. Bir şeyi başa düşməlisən ki, həmişə qalib gəlmək mümkün deyil. Hər bir uğurlu insan mütləq o yerə gələnə qədər yıxılıb. Mən də illər ərzində dəfələrlə yıxılmışam. Elə günlərim olub ki, özümə sual vermişəm ki, bəlkə həyatımda daha asan bir yol seçə bilərdim? Başa düşmək lazımdır ki, savaşda hansısa bir məğlubiyyət o demək deyil ki, müharibəni tam uduzmusan. O məğlubiyyətlər səni qalibiyyətə apara bilər. Qarşıma qoyduğum məqsədlərimə möhkəm inamım və hər bir səhvim üzərində işləməyim bugünkü nailiyyətlərimi mümkünləşdirib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Bu gün, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
07 sentyabr 2026, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Oxşar xəbərlər