Bakıda yeraltı keçiddə əlil arabasında olan şəxs pandusun yararsız vəziyyətdə olmasına görə çətinlik çəkib.
Bakuplus.az xəbər verir ki, pandusun dik və sürüşkən olması səbəbindən şəxs özü yuxarı qalxa bilməyib və ətrafdakılardan kömək istəyib. Vətəndaşlar əlil arabasını birlikdə yuxarı qaldırıblar.
Sakinlər fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan, lakin istifadəyə yararsız pandusların dəyişdirilməsini tələb edir.