top
Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib
Bu gün, 10:02
- +

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski vəfat edib.

Bakuplus.az xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.

"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Xalq artisti uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürmüşdü.

Şarovski 1948- ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb. 

O, aktyor kimi həyat verdiyi Rezo ("Premyera", L.Roseb), Eldar ("Qum üzərində ev", R.İbrahimbəyov), Şeyx Sənan ("Şeyx Sənan", H.Cavid), Fərhad ("Fərhad və Şirin", S.Vurğun), Henrix ("Kral Lir", V.Şekspir), Mehmandarov ("Neft bumu", M.İbrahimbəyov) - ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sənətkar eyni zamanda "Yarımçıq qalmış mahnı" (1979), "Anın quruluşu" (1980) "Qorxma, mən səninləyəm" (1981) və "Lətifə" (1989) filmlərində çəkilib, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

O, respublikanın "Əməkdar artist" (1987), "Xalq artisti" (1998) fəxri adlarına, "Şöhrət" (2008), "Şərəf" (2018), "Prezidentin fəxri diplomu" (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

 

 

Son xəbərlər

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
07 sentyabr 2026, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Oxşar xəbərlər