Bir müddət əvvəl amerikalı məşhur pop-rok qrupu "Onerepublic" Bakıda konsertlə çıxış etmişdi.
Bakuplus.az xəbər verir ki, qrupun solisti konsertdən əvvəlki görüntülərini sosial media hesabında paylaşıb.
Görüntülərdən aydın olur ki, ifaçı tamaşaçıları Azərbaycan dilində salamlamaq və təşəkkürünü bildirmək üçün məşq edir.