24 sentyabr tarixində Anım gününə həsr olunmuş onlay turnir keçiriləcək. Turnir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə saat 15:00-da ZOOM platformasında baş tutacaq.
"Nə? Harada? Nə zaman?" formatında keçirilən turnirdə suallar "Vətən Müharibəsi" ilə bağlı olacaq.
İştirak etmək istəyənlər, komanda qurub, Gənclər evinin səhifəsinin mesaj qutusuna komanda adı və üzvləri qeyd edərək, qeydiyyatdan keçə bilərlər.
Turnirin qalib komandası təltif olunacaq.