Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu, ev 57 ünvanında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlamalar keçirib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az AQTA-ya istinadən xəbər verir.
Monitorinq zamanı “Fərmanoğlu” topdansatış ticarət obyektinin anbar sahəsində üzərində Azərbaycan dilində etiket məlumatları qeyd edilməyən, həmçinin minimum keyfiyyət və təhlükəsizlik sənədləri mövcud olmayan “Натуральный Mёд” əmtəə nişanlı bal məhsulunun satışının həyata keçirildiyi aşkarlanıb. Eyni zamanda məhsulun etiketində istehsalçı ilə bağlı məlumatların yanlış olduğu müəyyən edilib.
Nəticədə sözügedən məhsullar dövriyyədən çıxarılıb, müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub.
Əlavə olaraq, məhsulun nümunələri götürülərək müvafiq laboratoriyalara göndərilib və nümunələrdə uyğunsuzluqlar aşkar edilib.