Artıq iki aydır ki, Bakı küçələrində parkinq üçün ödəniş yalnız bank köçürməsi ilə – “AzParking” mobil tətbiqi və ya SMS vasitəsilə həyata keçirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən əldə olunan məlumama görə, bu müddət ərzində 158.312 sürücü tətbiqi yükləyib. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az məlumat verir.
14.336 nəfərin balansının doldurulması üzrə əməliyyatlar aparılıb.
Qurum vurğulayır ki, sürücülər dayanacaq işçilərinin onlardan qanunsuz olaraq tələb etdikləri nağd ödənişləri verməməlidirlər.