Qəza işığını yandırmaq cəzalandırılmağa səbəb ola bilər. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Bildirilir ki, son zamanlar piyada yolu keçən zaman avtomobillərin qəza işığını yandırması polis tərəfindən cəzalara səbəb olur.
“Söz-söhbət gəzir ki, piyada qarşından keçəndə qəza işığını yandırsan, polis səni cərimələyə bilər”, – deyə sürücülər qeyd edirlər.
Ekspert Ərşad Hüseynov qeyd edib ki, qəza işıqlarını piyadaya yol verən zaman yandırmağa ehtiyac yoxdur, belə bir qanun mövcud deyil, ancaq qəza işığını yandıranın cərimə olunması da qanunda yoxdur.
BDYPİ-dən isə bildirilib ki, İnzibati Xətalar Məcəlləsində qəza işığından ehtiyac olmayan hallarda istifadə edən sürücülərin 30 AZN cərimə olunacağı qeyd olunub.