Bakıda Azərbaycan brendlərinin yer aldığı festival keçiriləcək. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “Fuzzy Coffee and Wine”a istinadən xəbər verir.
“Anjir Fest” adlı tədbirdə yerli brendlər, əl işləri və rəsm master-klasları təşkil olunacaq. Həmçinin qonaqlara şərablar təklif olunacaq, DJ xüsusi musiqili proqramla çıxış edəcək.
Tədbir 12 may saat 12:00-da başlayacaq. Giriş sərbəstdir.