Azərbaycan Dillər Universitetində bir gün "Bir günlük Xəlifə" adlı layihə keçiriləcək. Ənənəvi olaraq universitetdə rektor, prorektor və digər rəhbər vəzifələr bir günlük tələbələrə həvalə ediləcək. Bir gün rektor başda olmaqla bütün idarə strukturları öz istəyi ilə istefa verir. Bu haqda bu gün, 22 dekabr tarixində Bizim.Media məlumat verir.
Bu il dekabrın 23-də universitet tam olaraq tələbələrin nəzarətinə keçəcək. Onların ixtiyarında rektorun və prorektorun xidməti avtomobilləri, kabinetləri olacaq. Bununla da onlar bir günlük maaşlarını alacaqlar.
Rektor Kamal Abdullanın, həmçinin prorektorlar, kafedra və mərkəz müdirlərinin yerinə “xəlifələr” artıq seçilib.