Bu gün, 13 sentyabr tarixində Suraxanı rayonunun Zığ qəsəbəsində “Azəriqaz” İB “Açıq mikrofon” aksiyası keçirib.
Qəbul saat 11:00-dan saat 13:00-a kimi davam edib. Sürüşmə zonasından köçürülən vətəndaşlar qaz təchizatı ilə bağlı yaşadıqları problemləri barədə danışıblar. Görüşdə iştirak edən “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev həmin müraciətləri nəzərə alaraq bu yaşayış massivinin qazlaşdırılması ilə bağlı tapşırıq verib.
Həmin görüş layihənin 12-ci “Açıq mikrofon” aksiyası idi.
[caption id="attachment_6788" align="alignnone" width="696"]
Foto Azeriqaz İB-nin rəsmi saytı[/caption]