Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra 12 nəfər xəsarətlə xəstəxanaya çatdırılıb.
Bakuplus.az xəbər verir ki, bununla bağlı Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
***
11:17
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Bakuplus.az xəbər verir ki, bunu respublika Fövqəladə Hallar Nazirliyi bildirib.
Məlumata görə, təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
***
11:12
AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bakuplus.az xəbər verir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.