top
Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB
Video
09 sentyabr 2026, 20:58
- ↺ +

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xətai rayonu, Naxçıvan küçəsində yerləşən pivə zavodundan Xəzər dənizinə çirkab suların axıdılması ilə bağlı araşdırmaya başlanılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat əsasında sentyabrın 9-da ərazidə araşdırma aparılıb.

Araşdırma zamanı tullantı suyunun tərkibinin müəyyənləşdirilməsi məqsədilə ərazidən su nümunələri götürülərək analiz üçün Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təhvil verilib.

Bildirilib ki, analiz nəticələri məlum olduqdan və araşdırma yekunlaşdıqdan sonra iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

Qeyd edək ki, analoji məsələ ilə bağlı cari ilin may ayında keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, Pivəzavod küçəsində fəaliyyət göstərən "Alko LMD Azər Spirt 2024" MMC-yə məxsus spirtli içkilər istehsalı zavodunda tullantı sularının əvvəlcə açıq axarla, daha sonra isə diametri 300 mm olan yeraltı plastik boru vasitəsilə Xəzər dənizi istiqamətində axıdıldığı müəyyən edilib.

Xidmətin məlumatına görə, həmin faktla bağlı materiallar dəniz ətraf mühitinin çirkləndirilməsi və su ehtiyatlarının çirkləndirilməsi ilə bağlı cinayət tərkibinin əlamətləri olduğu nəzərə alınaraq, pozuntunun qarşısının alınması və məsələyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin aidiyyəti qurumuna göndərilib.

***

Xətai rayonu, Naxçıvan küçəsində yerləşən pivə zavodundan Xəzər dənizinə çirkab sular və xoşagəlməz qoxuya səbəb olan maddələrin buraxıldığı iddia olunur.

Bakuplus.az-ın məlumatına görə, burada yaşayan vətəndaşlar bildirirlər ki, ərazidə üfunətdən dayanmaq mümkün deyil və dənizin çirklənməsi ətraf mühitə ciddi zərər vurur.

Onlar Ekologiya Nazirliyinin məsələ ilə bağlı araşdırma aparmasını və müdaxilə etməsini istəyirlər.

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanlanıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər