top
Badamdarda sakinlər çirkab sularının qoxusundan əziyyət çəkirlər – VİDEO
06 avqust 2024, 07:12
- ↺ +

Badamdarda sakinlər çirkab sularının qoxusundan əziyyət çəkirlər – VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi, 3-cü yaşayış massivinin 19-cu küçəsində kanalizasiya şəbəkəsi yoxdur. Sakinlər məcbur qalıb çirkab suları quyulara axıdırlar. İsti havalarda isə həmin quyulardan gələn üfunət onların yaşayışını dözülməz edir. Bu haqda bu gün, 6 avqust tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

“Buradan üzü aşağıya qədər bəlkə min ailə varsa, birinin də kanalizasiyası yoxdur. Pulumuz çatmır ki, biz hər dəfə bu şamboları təmizlədək, çirkab suları çəkdirək”, – deyə sakin şikayət edib.

Sakinlər deyirlər ki, yay ayları olduğundan qazdıqları quyulardan gələn pis qoxu dözülməzdir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivinin əksər küçələrində Dövlət Proqramı Layihələri çərçivəsində yeni kanalizasiya şəbəkə sistemi qurulub və sakinlərin istifadəsinə verilib. Hal-hazırda növbəti layihələrə salınmış digər ərazilər üzrə yeni şəbəkənin yaradılması istiqamətində görüləcək işlərin mərhələli şəkildə həyata keçiriləcəyi nəzərdə tutulur.

Əlavə edildi ki, ərazi üzrə yaxınlıqda olan kanalizasiya şəbəkəsi həmin küçədən 3 km uzaqlıqda və hündür ərazidədir. Qeyd olunan küçədəki evlər isə çökəklikdə tikilib. Səviyyə fərqinin olması səbəbindən burada hər hansı bir yeni kanalizasiya şəbəkəsinin qurulması mümkün deyil. Lakin bütün bu çətinliklərə baxmayaraq, bu problemli ərazilər növbəti Dövlət Proqramları Layihələrinə daxil edilib və yaxın gələcəkdə bu ərazilər üzrə əlverişli, perspektivli, səmərəli layihələrin hazırlanması gözlənilir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Oxşar xəbərlər