Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlər üçün yeni həlli - "TAV Technologies" tərəfindən hazırlanmış “Səyahət Sənədlərinin Avtorizasiyası Sistemini” (TDAS) təqdim edib. Bu barədə BakuPlus.az Marja.az-a istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib ki, bu yenilik uçuşdan əvvəl daha sürətli və rahat təhlükəsizlik baxışını və artan təhlükəsizliyi təmin etməklə səyahət təcrübəsini yaxşılaşdıracaq. Sərnişinlər indi aviaşirkətdən asılı olmayaraq, həm kağız, həm də elektron minik talonlarını özləri skan edə biləcəklər.
Teymur Həsənov qeyd edib ki, Aeroportun komandası innovasiyaların inkişafında, infrastrukturun modernləşdirilməsində və marşrut şəbəkəmizin genişləndirilməsində mühüm nailiyyətlər əldə edib və bu, 2023-cü ildə rekord sayda sərnişinə - 5,7 milyon nəfərə xidmət göstərməyimizə imkan verib.
