Bakı Dövlət Universitetində 2 yeni ixtisas açılacaq. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az təhsil müəssisəsinə istinadən xəbər verir.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetinin magistratura dərəcəsi üzrə 2 yeni ixtisasın açılması nəzərdə tutulub.
Belə ki, Şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisası yaradılacaq.