Paytaxtın Xətai və Binəqədi rayonlarında qaz olmayacaq. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Qaz xəttində aşkar olunmuş sızma səbəbindən Xətai rayou, M.Hadi küçəsi 124, M.Hadi, Q.Nəbi, Sarayevo küçələrində 17 yanvar saat 10:00-dan etibarən qaz olmayacaq. Məhdudiyyət 5000 abonenti əhatə edəcək.
Binəqədi rayonunda isə qaz xətlərinin yeni şəbəkəyə qoşulması səbəbindən rayonun Binəqədi qəsəbəsi, 1, 2, 3-cü mədən əraziləri, Gülüstan yaşayış massivi, 1-14 dalanlarda 17 yanvar saat 10:00-dan etibarən qaz olmayacaq. Fasilə 10.000 abonenti əhatə edəcək.