24-26 sentyabr tarixlərində Bakıda 3 günlük açıq rəqs dərsi baş tutacaq. Dərslər Salaam Cinema Baku-da 14:00-16:00 saat aralığında Elya Osmanovanın təqdimatında təşkil olunacaq.
Dərs iştirakçıların improvizasiyanı daha dərin bir səviyyədə araşdıra bilməsi üçün sərbəst isinmə hərəkətləri ilə başlayacaq. Bundan başqa, xarakter araşdırması, rekvizitlər, verilən sözlər və partnyorluq kimi müxtəlif ardıcıllıqlar vasitəsilə nəqletmə tədqiq olunacaq. Dərs corab və ya yalın ayaqla keçilə bilər.
Dərslərə qoşulmaq üçün qeydiyyat formasını doldurmaq lazımdır. Müraciət üçün son tarix 23 sentyabrdır.
Elya Osmanova, Nyu-Yorkda yaşayan rəqqas və hərəkət direktorudur. O, bakalavrı film üzrə Kingston Universitetində oxumuşdur və dərslərinin bir hissəsini İstanbul Bilgi Universitetindən almışdır.
Pandemiya səbəbi ilə məkana giriş Covid pasportu ilə olacaq.