23 sentyabr tarixindən Bakıda və Abşeron rayonunda suyun verilməsində fasilələr yaranacaq. Bu barədə 23 sentyabr tarixində “Azərsu” ASC məlumat verib.
23-25 sentyabr tarixlərində Binəqədi, Yasamal və Abşeron rayonlarının bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq. Suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.
Qeyd edək ki, məhdudiyyət Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədardır.