27 sentyabr-10 noyabr tarixlərində Bakıda “Xarıbülbül” sərgisi keçiriləcək. Vətən müharibəsinin birinci ildönümünə həsr olunan sərgi 4 saylı DOST Mərkəzində təşkil olunacaq.
Tədbir 44 gün müddətində davam edəcək. Məqsəd Qarabağ müharibəsi əlilləri və Mərkəzdə yerləşən İnklüziv İncəsənət Məktəbinin tələbələrinin istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.
Əldə olunan gəlirlər birbaşa olaraq həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.
İştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi ilə saat 09:00-18:00 aralığında 4 saylı Bakı DOST Mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbinə yaxınlaşa bilərlər.
Son qeydiyyat tarixi 23 sentyabrdır.