Bakıda “Bizimkilər” festivalında “90-lar” adlı payız yarmarkası keçirilir. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az xəbər verir.
“Passage 1901” sərgi məkanında “90-lar” ab-havası yaşanır. Bu gün tədbirdə müxtəlif əl işləri, ev üçün dekor, müxtəlif oyuncaqlar təqdim olunur. Sabah isə satış sərgisində yerli brendlərin dizayn aksesuarları, kosmetika və geyimləri təqdim olunacaq. Əlavə olaraq məkanda müxtəlif təamlar qonaqlara təklif olunacaq.
Yarmarka saat 11:00-20:00 arası keçirilir. Tədbirə giriş sərbəstdir.
Ötən gün isə orada rəssamların və heykəltaraşların işləri təqdim olunub.
[URIS id=115733]