Bakıda 17 avqust tarixində saat 19:00-da Fianketto Şahmat evində ilk hibrid şahmat turniri start götürəcək.
Turnir ikidövrəlik sistemlə keçiriləcək. İlk partiyanın 10+2, eyni rəqibə qarşı ikinci partiyanın isə 3+2 sistemi ilə keçirilməsi nəzərdə tutulub.
Turnirdə iştirakın qiyməti 10 manatdır.
Sonda yığılan məbləğin 66%-i qalibə təqdim olunacaq.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 217 8333
Fianketto Şahmat Evi Arif Heydərov küçəsi 29 ünvanında yerləşir.