Bakıda “Koramal” kitabının audiokitab versiyası təqdim olunacaq. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Eduonline.az saytına istinadən xəbər verir.
Təqdimatda peşəkar aktyorlar kitabdan səhnələr və səsləndirmələr ifa edəcəklər. Daha sonra tədbir səmimi mühitdə qonaqlarla ünsiyyət və imza saatı ilə davam edəcək.
Tədbir 15 dekabr saat 15:00-da “Holiday İnn” hotelinin konfrans zalında baş tutacaq. Giriş üçün qeydiyyatdan keçmək vacibdir. Ünvan: Kövkəb Səfərəliyeva küç., 15. (Port Baku yaxınlığı).
“Koramal” romanı Qarabağ savaşından bəhs edir. Əsərdə həm Birinci Qarabağ müharibəsi, həm də Zəfər savaşı qəhrəmanlarının prototipləri barədə yazılıb.