17 sentyabr tarixində Bakıda AynaBand qrupunun yeni albomunun təqdimatı baş tutacaq. Təqdimat Flora Hostel-in təşkilatçılığı ilə saat 20:00-da eyniadlı məkanda keçiriləcək.
Tədbir çərçivəsində albomdakı bəstələrin akustik ifası, qrup haqqında sənədli filmin nümayişi və yeni klipin təqdimatı da nəzərdə tutulub.
Təqdimat saat 22:00-a qədər davam edəcək, həmçinin, albomun imzalanması və satışı da həyata keçiriləcək.
İştirak etmək istəyənlər girişdə 7 manat ödəyərək məkana daxil ola biləcəklər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 212 02 18