Bu gün, 30 sentyabr tarixində paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib. Bu haqda Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.
Paytaxtda 547 əsas küçə və prospekt, həmçinin qəsəbələrdəki yollar təbiətə ziyanı olmayan vasitələrlə yuyulub.
Şəhərdə digər təmizlik və abadlıq işləri həyata keçirilib.